Mərkəzi Bank BOKT-ların sayının azalmasını şərh etdi
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 illik fasilədən sonra ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) sayının yenidən azalmağa başlamasını şərh edib.
Qurumdan bildirilib ki, BOKT-ların dayanıqlı idarəetməsi mütəmadi nəzarətdə saxlanılır və qanunvericiliyə müvafiq tədbirlər görülür.
"Bu ilin I yarısında AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar 3 BOKT-un lisenziyası ləğv edilib. Bununla belə BOKT sektorunun inkişafı diqqət mərkəzindədir və onların fəaliyyətinə dəstək göstərilir. Bu çərçivədə BOKT-lərin inkişafı strategiyasının formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir, eləcə də sektorun nümayəndələri ilə qarşılıqlı dialoq formatında sektorun inkişaf perspektivləri, problemlər və onların həlli yolları mütəmadi müzakirə edilir.
AMB cari çağırışları nəzərə alıb bu sahədə qabaqcıl ölkələrin müsbət təcrübələri əsasında “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişikliklər layihəsini qanunvericilik hakimiyyəti orqanına təqdim edib və artıq həmin layihə 3-cü oxunuşda qəbul edilib. Layihədə, BOKT-lara yeni xidmətlərin həyata keçirilməsi imkanının verilməsi ilə bərabər, yeni normativ tələblər və fəaliyyətlərinin daha institusional qurulması çərçivəsində digər tələblər müəyyən edilib", - deyə açıqlamada qeyd olunub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























