TotalEnergies və bp Almaniyada külək külək elektrik stansiyası tenderini qazandılar
Neft şirkətləri bp və TotalEnergies Almaniyada tikiləcək 14 milyard dollarlıq (12,6 milyard avro) dəniz külək elektrik stansiyası tenderinin qalibi olublar.Almaniyanın enerji bazarını tənzimləyən agentliyi olan Federal Şəbəkə Agentliyinin (Bundesnetzagentur) məlumatına görə, ümumi gücü 7000 meqavat olan dörd dəniz külək elektrik stansiyası üçün tender keçirilib.
Marja xəbər verir ki, sözügedən tenderlərlə Almaniya Şimal və Baltik dənizlərində tikiləcək layihələrə 14 milyard dollar ayırıb.
Britaniyanın enerji şirkəti bp iki fərqli tenderdə 4000 meqavatlıq dəniz külək enerjisi layihəsini qazanıb.
Fransanın "TotalEnergies" neft şirkəti isə iki ayrı tenderlə 3000 meqavatlıq layihənin tikintisi hüququnu əldə edib. TotalEnergies öz bəyanatında bildirib ki, 3000 meqavatlıq dəniz külək enerjisi gücü üç milyon ev təsərrüfatını yaşıl enerji ilə təmin edəcək.
Bundesnetzagentur-ın prezidenti Klaus Müller, nəticələrin Almaniyanın dəniz külək enerjisi sektorunun cəlbediciliyini təsdiqlədiyini ifadə edərək, "Dəniz külək enerjisi sektorunda rəqabət heç vaxt bu qədər yüksək olmamışdır. Bu nəticələr 2030-cu ilə qədər dənizdə 30.000 meqavatlıq külək gücü hədəfimizə nail olmaq yolunda mühüm addımdır" deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
-
22 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























