“AzerGold” QSC-də Gəncə-Daşkəsən regionu üzrə test üsulu ilə işə qəbul prosesi davam etdirilir
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) işə qəbul prosesinin təkmilləşdirilməsi, müvafiq lokal və beynəlxalq təcrübəyə uyğunlaşdırılması və prosesin şəffaflığının artırılması və tam təmin edilməsi məqsədi ilə ilkin mərhələdə bütün cari boş vakant yerlər rəsmi veb səhifədə yerləşdirilir və müraciətlər yalnız elektron qaydada qəbul edilir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, həmçinin ilkin mərhələdə Cəmiyyətin fəaliyyət göstərdiyi regionun yerli əhalisinə elektron müraciət olunması üçün texniki dəstək göstərilir, həmçinin onlara vakansiyanın tələbləri, şirkətin dəyələri izah edilir, prosedur qaydaları ilə bağlı təlimatlandırılırlar. Namizədlər Cəmiyyətin rəsmi internet səhifəsi olan “www.azergold.az” saytının “Karyera” bölməsindən “Vakansiyalar” alt bölməsinə daxil olaraq, mövcud siyahı və vakansiyalara dair tələblərlə tanış olduqdan sonra qeydiyyatdan keçib ərizəni doldurur, elektron qaydada göndərirlər. Beləliklə, müraciət ərizələri avtomatik qaydada müvafiq vakansiyalar üzrə dəyərləndiriləcək namizədlərin elektron məlumat bazasına daxil olur. Növbəti mərhələdə vakant vəzifənin müvafiq tələblərinə uyğun olan namizədlər seçilərək, test imtahanına dəvət edilir. Test sınağından uğurla keçən namizədlərin mərkəzləşdirilmiş panel müsahibə komissiyası qarşısına çıxarılır və komissiyanın rəyinə əsasən Cəmiyyətin əsas dəyərlərinə uyğun gələn namizədlər işə qəbulun növbəti mərhələsinə keçid edirlər. Vakansiyanın tələblərinə uyğun namizədlər arasında şəhid ailəsi üzvlərinə, eləcə də müharibə iştirakçılarına üstünlük verilir.
İşə qəbul prosesində tətbiq edilən yeni yanaşmaya uyğun olaraq “AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində ilk dəfə olaraq kütləvi test imtahanı keçirilib. İmtahan prosesində həmin bölgədə yaşayan 146 nəfər namizədin müvafiq istiqamətlər üzrə bilik və bacarıqları yoxlanılıb. Qeyd edək ki, test sınağını uğurla keçmiş namizədlər yekun mərhələdə Cəmiyyətin İşə qəbul komissiyası tərəfindən təşkil edilən müsahibədə iştirak hüququ qazanacaqlar. Komissiya üzvlərinin rəyinə əsasən son olaraq aktiv vakansiyalar üzrə namizədlərin seçimi baş tutacaq.
Xatırladılıb ki, hazırda daimi işlə təmin olunmuş ümumilikdə 860 nəfər əməkdaş “AzerGold” QSC və onun törəmə şirkətləri olan “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin uğurları üçün çalışır. Cəmiyyətin hasilat və istehsalat sahəsində çalışan işçilərinin 80 faizdən çoxu məhz Daşkəsən və ətraf rayonların sakinləridir. Daşkəsən rayonunda Cəmiyyət tərəfindən fəaliyyətə cəlb edilmiş uzunmüddətli podratçı və subpodratçı şirkət və müəssisələrlə birgə işlə təmin edilmiş vətəndaşların sayı 2000 nəfərdən çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















