"Kapital Bank"ın biznes kreditləri 1 milyardı keçib, istehlak kreditləri 2 milyarda yaxınlaşıb
2023-cü ilk 6 ayında (yanvar-iyun) "Kapital Bank" ASC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 389 milyon 918 min manat artaraq 30 İyun 2023-cü il tarixində 3 milyard 547 milyon 687 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portfeli 3 milyard 157 milyon 769 min manat təşkil etmişdi.
Marja.az xəbər verir ki, o cümlədən, cari ilin ilk 6 ayında Bankın istehlak kreditləri portfeli 94 milyon 138 min manat artaraq 1 milyard 927 milyon 244 min manata, biznes kreditləri portfeli 219 milyon 532 min manat artaraq 1 milyard 127 milyon 874 min manata, ipoteka kreditləri portfeli isə 76 milyon 248 min manat artaraq 492 milyon 569 min manata çatıb. 31 Dekabr 2022-ci il tarixində Bankın istehlak kreditləri portfeli 1 milyard 833 milyon 106 min manat, biznes kreditləri portfeli 908 milyon 342 min manat, ipoteka kreditləri portfeli isə 416 milyon 321 min manat təşkil etmişdi.
Xatırladaq ki, 31 Mart 2023-cü il tarixində isə "Kapital Bank"ın istehlak kreditləri portfeli 1 milyard 833 milyon 220 min manata, biznes kreditləri portfeli 947 milyon 922 min manata, ipoteka kreditləri portfeli isə 443 milyon 865 min manata çatmışdı.
Beləliklə, 2023-cü ilin ikinci rübündə "Kapital Bank"ın biznes kreditləri portfeli 1 milyard manat səviyyəsini keçib, istehlak kreditləri portfeli 2 milyard manata, ipoteka kreditləri portfeli isə yarım milyard manata yaxınlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















