“VMF”in 1 milyonluq istiqrazlarına 12 investordan 12 sifariş - HƏRRACIN NƏTİCƏSİ
19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin kapital bazarlarında ilk istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
Tədavül müddəti 18 ay, hər birinin nominal dəyəri 100 manat, cəmi məbləği 1 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlar birjada emitentin anderrayteri "Unicapital İnvestisiya Şirkəti" tərəfindən 100% uğurla yerləşdirilib. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 3 aydan bir təşkil edir.
Bu barədə Marja-ya "Unicapital İnvestisiya Şirkəti"ndən bildirilib.
VMF istiqrazları üçün “Açılış Zəngi”nin çalındığı tədbirdə, yerli və xarici şirkətlərin rəsmiləri ilə yanaşı Azərbaycan Respublikası Mərkəzi Bankının, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin səlahiyyətli nümayəndələri də iştirak edib.
Qeyd edilib ki, 1997-ci ildə yaranan və dünyaca məşhur Longines, Rado, Maurice Lacroix, Raymond Weil, Versace, Salvatore Ferregamo, Tissot, Certina, Hamilton, Swatch, Flik-Flak, Seiko, Citizen, Obaku, VMF NF, VMF Rover, VMF Elli, Casio, Zippo, Victorinox və digər brendlərin Azərbaycanda rəsmi distributoru olan VMF şirkəti, tədbir zamanı iştirakçılara 50-dən çox yeni və qeyri-adi dizaynlı saat modellərini nümayiş etdirib. Bu səpkidə ilk dəfə və olduqca böyük auditoriya qarşısında təşkil olunan tədbir böyük rəğbətlə qarşılanıb.
Tədbirdə VMF şirkətinin yaradıcısı Vahid Mustafayev şirkətin bu günədək keçdiyi uğur yolundan danışıb. Öz çıxışı zamanı “VMF 2024” konseptinə də toxunan cənab Mustafayev, yaxın gələcək planlarının satış nöqtələrinin Azərbaycan üzrə sayını 30-a çatdırmaq, onlarda texnoloji müsbət dəyişikliklər etmək, yeni multi-brend mühiti yaratmaq, satış prosesini əyləncə seqmenti ilə inteqrasiya etmək istiqamətində olduğunu qeyd edib.
Görüş Bakı Fond Birjasının və “Unicapital İ.Ş” ASC-nin rəsmi səlahiyyətli nümayəndələrinin çıxışları müşayiətidə davam edib. Onlar qeyd olunan istiqrazların korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühitinin formalaşmasında müstəsna rolu olacağını bildiriblər.
İnvestorlar tərəfindən böyük maraqla qarşılanan VMF istiqrazlarının hərracında iştirak edə bilməyən şəxslər “Unicapital”a müraciət edərək qiymətli kağızları təkrar bazardan əldə edə bilərlər.
Xatırladaq ki, bu hərrac “Unicapital”ın son aylarda həyata keçirdiyi 4-cü 100% uğurlu yerləşdirmədir.
XXX
Bakı Fond Birjasının da yaydığı məlumatda bildirilir ki, 19 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “VMF” MMC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 100 manat olan AZ2001025488 dövlət qeydiyyat nömrəli 1 milyon manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə birqiymətli hərrac yekunlaşıb.
Hərrac zamanı 12 investor tərəfindən 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 1 milyon manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 7 d. əvvəl
-
25 d. əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
33 d. əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
57 d. əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
1 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
-
2 saat əvvəl
Qlobal bank qızılın qiymətilə bağlı proqnozunu 500 dollar yüksəltdi - 5400 DOLLAR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Ən çox oxunanlar
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir























