Azərbaycanda 280 sahibkara biznes mükafatları veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına biznes mükafatlarının təqdim edilməsini nəzərdə tutan yeni layihəyə start verilir.
Nazirlikdən bildirilib ki, 2025-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində elektron müraciət formasını doldurmuş və qalib seçilmiş ümumilikdə 280 sahibkar biznes mükafatları ilə təmin ediləcək.
Layihə regionlar üzrə mərhələli şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə ”Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunmuş və 1 ildən artıq fəaliyyəti olan benefisiarları müraciət edə bilərlər. Həmin region üzrə ümumilikdə 8 sahibkarın qalib seçilərək biznes mükafatı ilə təmin edilməsi nəzərdə tutulur.
Layihəyə aşağıda qeyd edilən meyarlara cavab verən sahibkarlar müraciət edə bilərlər:
- Qeydiyyata alınmış vergi ödəyicisi olan;
- Özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlamış;
- Son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etmiş və cəriməsi olmayan;
- Fəaliyyətdə olan biznesi inkişaf etdirməsi üçün əlavə əmlaka ehtiyac duyan;
- Biznesin inkişafı üçün biznes planı təmin edə biləcək;
- "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində 2021-ci il dekabr ayından başlayaraq istehsal və xidmət sahələri üzrə əmlakla təmin olunmuş benefisiarlar.
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə bu tələblərə cavab verən sahibkarlar 2023-cü ilin 26 iyul tarixinədək layihəyə müraciət edə bilərlər.
Qeyd edək ki, təqdim ediləcək biznes mükafatları yalnız faktiki biznesin genişləndirilməsi üçün istifadə edilə bilər.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər

Azercell “CyberCell Hackathon”a start verir

Həyəcan zirvədə - 2-ci avtomobil sahibinə təhvil verildi!

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

"Kapital Bank"ın cəmi kredit portfeli 5 milyard manatı aşıb
Ən çox oxunanlar

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb
