“Baku Steel Company" 2022-ci il üzrə göstəricilərini açıqladı - 72 MİLYON MANATA YAXIN XALİS MƏNFƏƏT
2022-ci ildə “Baku Steel Company"nin satışdan gəlirləri 30,5% artaraq 392,9 milyon manat, xalis mənfəəti 7,5% aratarq 71,6 milyon manata bərabər olub.
Qafqaz regionunun ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC (bundan sonra “BSC” və ya “Qrup”) 2022-ci il üzrə maliyyə və digər əsas fəaliyyət göstəricilərini* açıqlayıb.
Marja xəbər verir ki, Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına görə, aktivləri 2022-ci ildə, əvvəlki illə müqayisədə 11% artaraq 262,7 milyon manata, kapitalı isə 82,3% artaraq 87,7 milyon manata çatıb.
Qrupun 2022-ci il üzrə xalis mənfəəti, 2021-ci illə müqayisədə 7,5% artaraq 71,6 milyon manata bərabər olub. 2021-ci ildə Qrupun xalis mənfəəti 66 milyon 610 min manat təşkil etmişdi.
BSC-nin həm istehsal, həm də satış rəqəmlərində də artım qeydə alınıb. Belə ki, 2022-ci il üzrə satışlar 30,5% artaraq 392,9 milyon manata (ƏDV-siz) çatıb. 2021-ci ildə BSC-nin satışdan gəliri 301 milyon 79 min manat olmuşdu.
Xam polad istehsalı – pəstah 26,5%, armatur və polad məftil istehsalı isə 35,5% artıb. Boru istehsalı üzrə artım daha çox – 36,8%-ə bərabərdir. Şirkət tərəfindən 2022-ci ildə 362 min ton pəstah, 314 min ton armatur və polad məftil, 26 min ton boru istehsal edilib.
İstehsal və satışda artımın məntiqi nəticəsi olaraq, BSC-nin həm işçi sayı, həm də dövlət büdcəsinə ödənilmiş vergiləri də öz növbəsində artıb. İşçi sayı, ötən illə müqayisədə, 168 nəfər artaraq 2022-ci ilin sonuna 1902 nəfər təşkil edib.
Ötən il ərzində Qrup dövlət büdcəsinə 65,3 milyon manat vergi və sosial sığorta ödənişləri həyata keçirdib.
Xatırladaq ki, BSC, Azərbaycanın ən böyük istehsalçılarından biri kimi, yüksək keyfiyyətdə armatur, katanka, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada, həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqlar da hazırlamaq mümkündür. 20 ildən artıq fəaliyyəti dövründə, nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilən BSC-nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı, Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə ixrac olunub.
* hesabata keçid https://www.bakusteel.com/az/kemvhh/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
