Avtomobil nəhənglərilə bağlı şok iddia - Mercedes, BMW, VW, Audi, Porsche, Opel
Almaniyada həftəlik dərc olunan "Der Spiegel" jurnalı? Mercedes, BMW, Volkswagen, Audi, Porsche, Opel kimi nəhəng istehsalçıların rəqabəti əngəlləmək üçün 20 ildir ki, birlikdə hərəkət etdiyini iddia edib. Avropa Komissiyası məsələdən xəbərdar olduğunu bildirərək, araşdırıldığını, ancaq şərh verməyin tez olacağını deməklə kifayətlənib.
"Der Spiegel"in xəbərinə görə, Almaniyanın aparıcı avtomobil istehsalçıları 1990-cı illərdən bu yana nəhəng bir kartelə çevrilib.
"Marja" jurnalın internet səhifəsindəki xəbərə istinadən xəbər verir ki, məqsəd, avtomobil və mühərrik hazIrlamaq ilə bağlı hər məsələdə rəqabəti əngəlləmək olub. Təxminən iyirmi il ərzində qiymətqoyma, tədarük və texniki detallarda qeyri-qanuni məlumat mübadiləsi aparılıb, rəqiblərə qarşı eyni mövqe tutulub.
Avropa Birliyinin antimonopoliya rəsmiləri isə xəbərin ardından dərhal bəyanat verib. Açıqlamada deyilir:
-Avropa Komissiyası və Bundeskartellamt (Almaniya Rəqabət Qurumu) məsələ ilə bağlı məlumat alıb və hazırda Komissiya tərəfindən qiymətləndirilir. Bu mərhələdə daha çox şərh vermək tezdir.
Əgər komissiya rəsmiləri avtomobil istehsalçılarının rəqabət məcəlləsini pozduğuna dair faktlar əldə edərsə, şirkətlər cərimələnəcək.
ALMANİYA SƏNAYESİNİN BEŞDƏ BİRİNİ AVTOMOBİL TƏŞKİL EDİR
Almaniyanın avtomobil sənayesi ölkənin ümumi sənaye gəlirlərinin 20%-ni istehsal edərkən, təkcə Almaniyada 800 min nəfəri işlə təmin edir. Mercedes, BMW, Volkswagen, Audi kimi brendlər təkcə Almaniyanın deyil, Avropa iqtisadiyyatının da əsas brendləri arasındadır.
Dünyada istehsal olunan hər 5 avtomobildən biri "Alman malı" etiketini daşıyır və dünya istehlakında 1-ci sıradadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























