Xalq Bankın filiallarından biri yeni ünvanda fəaliyyətini davam etdirəcək
Xalq Bankın “Yubiley” filialı yeni ünvanda(®) Bankın filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə Xalq Bankın “Yubiley” filialı yeni ünvanda fəaliyyətini davam etdirəcək.
Filial iyulun 24-dən etibarən Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 24 ünvanında yerləşən yeni, müasir və rahat ofisdə müştərilərinin xidmətində olacaq.
Filialda fiziki və hüquqi şəxslər hesablaşma-kassa əməliyyatları, müxtəlif növ kreditlər, ödəniş kartları, əmanətlər, valyuta mübadiləsi, kommunal və digər ödənişlər, pul köçürmələri, depozit seyfləri və s. kimi müxtəlif bank xidmətlərindən faydalana bilərlər. Burada, həmçinin müştərilərin rahatlıqla müxtəlif özünəxidmət terminallarından istifadəsinə də şərait yaradılmışdır.
2015-ci ildən fəaliyyət göstərən “Yubiley” filialı müştərilərini həftəiçi 5 gün, saat 09:30-dan 17:00-dək qəbul edir. Xalq Bankın ölkə ərazisində 30 filialdan ibarət xidmət şəbəkəsi barədə ətraflı məlumatı burada əldə edə bilərsiniz: https://www.xalqbank.az/az/xidmet-sebekesi
Bankın xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















