Milli Mətbuat və Jurnalistika Günündə Azercell media nümayəndələrinə hədiyyə təqdim edir!
“Azercell Telekom” ənənəsinə sadiq qalaraq 22 iyul Milli Mətbuat və Jurnalistika Günündə media işçilərini özünəməxsus şəkildə təbrik edir. Jurnalistlərin peşə bayramı münasibətilə 22-23 iyul tarixlərində “Mediacell” tarifinin bütün istifadəçilərinə və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına Azercell-dən 5 GB mobil internet paketi hədiyyə veriləcək. Media nümayəndələri hədiyyə paketini qeyd olunan tarixlərdə 1875 açar sözünü 2723 qısa nömrəsinə göndərməklə əldə edə biləcəklər.
Lider mobil operator vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovu hər zaman dərin ehtiramla yad edir, onların ailə üzvlərini diqqətdən kənarda qoymur.
Qeyd edək ki, “Azercell Telekom” ölkəmizdə jurnalistikanın inkişafına, mətbuat nümayəndələrinin peşəkar bacarıqlarının artırılmasına dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib, onlar üçün davamlı şəkildə ingilis dili kursları təşkil edir və xüsusi güzəştli “Mediacell” tarif paketi təqdim edir.
Azercell ölkə və dünya gündəmində olan məsələləri işıqlandıran, bu sahədə çalışan bütün jurnalistləri və media əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır!
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
10 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















