Bu bank 17 milyon manatdan çox xalis mənfəət açıqladı
"Bank of Baku" ASC ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 17 milyon 44 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 18 milyon 501 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması, əsasən, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardana azad olan vəsain azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, "Bank of Baku"nın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 16 milyon 138 min manat və ya 35,8% artaraq 61 milyon 170 min manat, qeyri-faiz gəlirləri isə 891 min manat və ya 14,7% azalaraq 5 milyon 186 manat təşkil edib.
2023-cü ilin birinci yarısında "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 66 milyon 356 min manat, cəmi əməliyyat xərcləri 50 milyon 122 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 16 milyon 234 min manat təşkil edib. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardana azad olan 7 milyon 322 min manat mənfəətə əlavə edilib. "Bank of Baku" 23 milyon 556 min manat mənfəətindən 6 milyon 514 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Bank of Baku"nın cəmi əməliyyat gəlirləri 51 milyon 110 min manat, cəmi əməliyyat xərcləri 34 milyon 378 min manat, əməliyyat mənfəəti 16 milyon 732 min manat təşkil etmişdi. Həmçinin, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardana azad olan 5 milyon 672 min manat mənfəətə əlavə edilmişdi. "Bank of Baku" 22 milyon 404 min manat mənfəətindən 3 milyon 903 min manat mənfəət vergisi ödəmişdi.
BANK DAHA DA BÖYÜYÜB
"Bank of Baku"nın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 93 milyon 179 min manat və ya 13,3% artaraq 30 iyun 2023-cü il tarixində 794 milyon 410 min manat təşkil edib. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 40 milyon 320 min manat və ya 7% artaraq 617 milyon 854 min manata çatıb.
"Bank of Baku"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 74 milyon 779 min manat və ya 20,5% artaraq 440 milyon 311 manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Bank of Baku" 131 milyon 934 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
23 d. əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
28 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
32 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
36 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 43 d. əvvəl
-
46 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
49 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
50 d. əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
- 54 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
Ən çox oxunanlar
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib



























