JPMorgan-dan qızıl üçün rekord proqnoz
JPMorgan, qızıla əhəmiyyətli bir investisiya fürsəti gördüklərini və qiymətli metalın 2024-cü ilin sonuna qədər rekord səviyyələrə yüksələcəyini proqnozlaşdırdıqlarını açıqlayıb. Burada həqiqətən alış və valyutalardan başqa aktivləri həvəsini görürükQlobal investisiya bankı JPMorgan, ABŞ-ın mümkün tənəzzülü ərəfəsində qızıla investisiya fürsəti gördüyünü, qiymətlərin ilin sonuna qədər 2000 dolları keçəcəyini və 2024-cü ilə qədər faiz dərəcələrinin aşağı salınması ilə rekord səviyyələrə yüksələcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, Bankın Qlobal Əmtəə Tədqiqatları üzrə İcraçı Direktoru Qreq Şirer (Greg Shearer) vurğulayıb ki, ABŞ Mərkəzi bankı (FED) gələn ilin ikinci rübündə gözlənilən faiz endirimlərini həyata keçirməyə başladıqda ABŞ-da real gəlirlərin azalması qiymətli metal üçün “əhəmiyyətli dəstək” olacaq.
Qızıl son 12 ayda ABŞ-ın faiz artımı dövrünün sonuna yaxınlaşdığını göstərən əlamətlər, mərkəzi bankların alışları və təhlükəsiz liman tələbləri ilə 15% bahalaşıb. Mayın əvvəlində qiymətli metal 2020-ci ildə qeydə alınan rekord həddə - 2075 dollara yaxınlaşmışdı.
JPMorgan, FED-in şərtləri (faizləri) yumşaltmağa başlamazdan bir müddət əvvəl ABŞ-da tənəzzül proqnozu ilə bağlı artan risklər fonunda qızılın unsiyasının qiymətinin 2024-cü ilin son rübündə 2175 dollar səviyyəsində olacağını gözləyir.
"Qarşıdakı 12-18 ay ərzində qızıl xeyli bahalaşacaq. Biz qızıl almaq üçün yaxşı bir nöqtədəyik", - Şirer deyib.
Bankın əmtəə araşdırmalarının rəhbəri qarşıdakı dövrdə iqtisadiyyatda baş verə biləcək inkişafları da qiymətləndirərək, proqnozlaşdırıb: “Qızıl və gümüş bazarları ABŞ-da yumşaq tənəzzül və ya sərt tənəzzül olacağına dair tərəddüdlü mövqedədir. Lakin daha nəzərə çarpan bir tənəzzül vəziyyətində faiz dərəcələrində daha dramatik bir azalma görəcəyik."
Digər tərəfdən, qızıla fiziki tələbat da artıb, məsələn, mərkəzi bankların alışları qiymətlər üçün güclü katalizatordur.
Geosiyasi risklərin qızılı hökumətlər üçün daha da cəlbedici etdiyini əlavə edən Şirer, “Biz həqiqətən alış və valyutalardan başqa aktivləri şaxələndirmək (diversifikasiya) üçün həvəs görürük”,- deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















