ABŞ və Rusiya arasında yeni gərginlik
ABŞ prezidenti Barak Obama Rusiya barəsində yeni sanksiyaların tətbiq edilməsi haqqında fərman imzalayıb.
Bu barədə Ağ Evdən bildirilib.
Amerikanın Maliyyə Nazirliyinin yaydığı məlumata görə, məhdudiyyətlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti daxil olmaqla, altı nəfərə və bu ölkənin 5 təşkilatına aid ediləcək.
Xüsusi halda siyahıya Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş İdarəsinin rəhbəri İqor Korobov və onun 3 müavini düşüb.
Rusiyanın 35 diplomatına 72 saat vaxt verildi
ABŞ Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarını geri göndərir və Rusiyanın Nyu-York və Merilend ştatlarında iki diplomatik nümayəndəlikləri bağlayır.
"Bu addımlar Amerika diplomatlarının rusiyalılar tərəfindən təqibinə cavab olaraq və diplomatların digər hərəkətlərinə başlanılır. Bütün bunlar bizim qiymətləndirimələrimizə görə, diplomatik təcrübəyə uyğun deyil" - deyə Amerikanın yüksək vəzifəli məmurlarından biri bildirib.
Məlumata görə, Vaşinqtondakı və San-Fransiskodakı Rusiya diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verilib.
Vaşinqton bu tədbirləri Amerika diplomatlarının Rusiyada sıxışdırma kampaniyası ilə əsaslandırır. Eyni zamanda ABŞ prezidenti bu ölkədəki Rusiya diplomatlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edib.
Obama: "Rusiyaya qarşı sanksiyalar kiberhücumlarla əlaqədar lazımi və adekvat cavabdır"
"Amerikanın Rusiya barəsində cümə axşamı qəbul etdiyi sanksiyalar kiberhücumlarla əlaqədar "lazımi və adekvat cavabdır".
"TASS" xəbər verir ki, bu fikirlər ABŞ prezidenti Barak Obamanın bəyanatında yer alıb.
Ağ Ev rəhbəri qeyd edib ki, bu addımlar Rusiyanın ABŞ-da demokratiyanı pozmağa yönəlmiş hərəkətlərlə bağlıdır.
Barak Obamanın sözlərinə görə, bütün amerikalılar Rusiyanın addımlarından narahatlıq keçirməlidir. Amerikanın müvafiq orqanları oktyabrda Rusiyanın bu ölkədə keçiriləcək seçki prosesinə müdaxilə planları barədə məlumatlar əldə ediblər.
Bununla yanaşı, ABŞ rəhbəri qeyd edib ki, Amerika diplomatları da Rusiya polisi və digər strukturları tərəfindən bir sıra problemlərlə üzləşiblər.
“Ağ Evin sanksiyalarına adekvat cavab veriləcək”
Kreml Ağ evin sanksiyalarına qarşılıqlı cavab veriləcəyini bildirib.
“RİA Novosti" xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Ağ Evin cavabının adekvat olacağını bildirib.
"Mən hələ ki, cavabın nədən ibarət olacağını deyə bilmirəm. Hərçənd, biz bilirik, burada qarşılıqlılıq prinsipi tamamilə alternativsiz hərəkət edir. Əlbəttə adekvat cavab veriləcək" - deyə Kremlin sözçüsü vurğulayıb.
O bununla bağlı addımların Rusiya Federasiyası prezidenti tərəfindən müəyyən ediləcəyini deyib.
"Vaşinqtonun belə qərarlarıyla əlaqədar yenə təəssüfümüzü ifadə edirik", - deyə o əlavə edib.
©Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb



























