Sevilən Avropa brendinin Bakıda açılış mərasimi keçirilib
(®) Veysəloğlu Şirkətlər Qrupu bu dəfə Avropada keyfiyyəti və münasib qiyməti ilə tanınan “Pepco” brendini Azərbaycan istehlakçıları üçün əlçatan etdi.
Avropanın sevilən və milyonlarla müştərinin qəlbini fəth edən “Pepco” brendinin 27 iyul Bakıda yeni məkanda təntənəli açılış mərasimi keçirilib. İlk mağazasını Polşada açaraq artıq 20 ildir fəaliyyət göstərən brendin hazırda 18 Avropa ölkəsində 3000-dən çox filialı var.
“Keyfiyyəti hiss et, qiyməti sev” sloqanı ilə çıxış edən brend müştərilərinə ailə üçün lazım ola biləcək zövqlü, daim trendlərlə ayaqlaşan geniş çeşidli ev əşyaları, aksesuarlar və keyfiyyətli geyimləri sərfəli qiymətlərlə təklif edir. “Pepco” sevənlər artıq özləri, ailələri və evləri üçün müasir trendlərə uyğun, əla təklifləri bir məkanda rahatlıqla tapa bilərlər.
Azadlıq prospekti 151A ünvanında fəaliyyətə başlayan mağazanın açılış mərasimində bir çox mötəbər şəxslərlə yanaşı tanınmış simalar, eləcə də Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri cənab Rafal Poborski də iştirak edib.
Brendin eyni gündə Binəqədi şosesi 195E ünvanında digər filialının da açılışı baş tutub.
Onu da qeyd edək ki, “Pepco” brendinə məxsus sevilən məhsulları “Araz” supermarketlər şəbəkəsinə məxsus 28 mağazadan da əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)






.jpg)










