Palata 6 ayda 70 milyon manat artıq və əsassız xərcləmə müəyyən edib
Bu ilin I yarısında Hesablama Palatası həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində 69,5 milyon manat artıq və əsassız xərcləmə müəyyən edib.
Bunu açıqlamasında Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun kollegiyası həmin vəsaitin 22,9 milyon manatının dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı qərar qəbul edib.
"Bundan başqa, cinayət əməlinin olduğu ehtimal edilən 23 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib. Təqribən 23 milyon manatdan çox xərclərin isə dayandırılması ilə bağlı qərar qəbul edilib. Bu xərclərin bərpası ilə bağlı qərar verilməməsi daha çox əhaliyə ödənilən sosial xarakterli ödənişlərlə bağlı olmasına görədir”, - deyə V.Gülməmmədov qeyd edib.
"6 aylıq fəaliyyətimizə dair təqdim etdiyimiz məlumatlarda nəzarət tədbirlərinin nəticələri üzrə 9 istiqamətdən ibarət əsas riskli məqamları təqdim etmişik. Hesablama Palatasının müvafiq sənədində riskli məqamlar kimi daxili idarəetmə, işlərin təşkilinə dair qərarların vaxtında verilməməsi nəticəsində vəsaitlərin icrasının gecikməsi, bəzi sahələr üzrə əsas performans göstəricilərinin müəyyən edilməməsinin vəsaitlə nəticə arasında əlaqənin ölçülməsində çətinliklər yaratması, bəzi publik hüquqi şəxslər üzrə maliyyə hesabatlılığının çərçivəsinə əməl edilməməsi, dövlət qurumlarının maliyyə uçotunun rəqəmsal həllərlə tam dəstəklənməməsi, dövlət sektoru üzrə ştat sayının optimallaşdırılmasına ehtiyac duyulması və s. qeyd edilib", - deyə sədr əlavə edib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















