Prezident Qazaxda mebel fabrikinin açılışını edib - YENİLƏNİB
Prezident “Saloğlu” şirkətinin “Venzana” mebel fabrikini işə salıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.
Marja xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. “Saloğlu” müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Müəssisənin illik istehsal gücü 14 min 260 mebel dəstidir. Hazırda müəssisədə 425 nəfər işlə təmin olunub.
Qeyd edildi ki, “Saloğlu” müəssisəsinin istehsal fəaliyyətinin genişləndirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondundan 10 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, pandemiyadan zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinə dövlətin dəstək proqramı çərçivəsində müəssisəyə 1,4 milyon manat yeni alınan bank kreditinə dövlət zəmanəti verilməklə, kredit faizinin bir hissəsi 3 il müddətinə subsidiyalaşdırılıb.
Digər dəstək mexanizmi kimi, müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə “Müasir mebel istehsalının qurulması” layihəsi üzrə investisiya təşviqi sənədi verilib. Layihənin icrası çərçivəsində müəssisə tərəfindən 8,4 milyon manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal olunub, müəssisə 1,8 milyon manat məbləğində vergi və rüsumlardan azad edilib.
“Saloğlu” müəssisəsi dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və tətbiq edir.
Bildirildi ki, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. İstehsal sahəsi 18 min kvadratmetr, investisiya dəyəri isə 30 milyon manat olan fabrik il ərzində 12 min dəst yataq, 6 min dəst qonaq otağı mebeli istehsal etmək gücündədir.
Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik işə düşdükdən sonra “Saloğlu” fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq. Layihənin davamı olaraq 20 hektar ərazidə ümumi dəyəri 27,2 milyon manat olan 4 yeni fabrikin (masa və oturacaq, süngər, metal məmulatları və döşək istehsalı fabrikləri) tikilməsi nəzərdə tutulur. Layihənin əsas hədəfi bu fabrikin, eləcə də ölkəmizdəki digər mebel istehsalı müəssisələrinin xammal tələbatının yerli istehsal hesabına təmin edilməsidir. Layihənin 2025-ci ildə tamamlanması planlaşdırılır.
Dövlətimizin başçısı “Venzana” mebel fabrikini işə salıb və istehsal prosesi ilə tanış olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)








.jpg)







