“AzInTelecom” şirkəti AmCham-a üzv olub
“AzInTelecom” MMC-nin nümayəndələri “AmCham”a üzvlük çərçivəsində qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər arasında müqavilə imzalanıb.Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) İctimai Birliyinin üzvlüyünə qəbul edilib.
“AzInTelecom” MMC-nin “AmCham”a üzvlüyü çərçivəsində işgüzar əlaqələrin yaradılması, problemlərin həllində mümkün dəstəyin əldə edilməsi, informasiya mübadiləsi, “AmCham”ın veb-səhifəsində məlumatların yerləşdirilməsi, konfranslar, seminarlar və toplantılar haqqında məlumat alınması məqsədilə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.
İlk mərhələdə iki qurum arasında əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində görüş keçirilib. “AzInTelecom” MMC-nin nümayəndələri “AmCham”a üzvlük çərçivəsində qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər arasında müqavilə imzalanıb.
Qeyd edək ki, “AmCham” Azərbaycanda yerləşən xarici və yerli təşkilatların ikitərəfli iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və yeni imkanların araşdırılmasına dəstək olan qeyri-kommersiya qurumudur. 1996-cı ildə yaradılmış “AmCham”ın Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 260-dan çox üzvü var. Qurum hər il Azərbaycanda müxtəlif konfranslar, ümumi yığıncaqlar, komitə iclasları və digər tədbirlər təşkil edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “AzInTelecom” MMC-nin geniş spektri əhatə edən xidmətləri var. Bura bulud həlləri, beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri daxildir. Çoxşaxəli xidmət şəbəkəsini və təqdim olunan xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışan “AzInTelecom” MMC bu məqsədlə iqtisadi sferada fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla mütəmadi görüşlər keçirir, əməkdaşlıq müzakirələri aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur













.jpg)







