Bank BTB ASC-nin “Sənaye” filialı yeni ünvanda
(®) Bank BTB müştəriləri üçün xidmət və məhsullarına əlçatanlığının təmin olunması məqsədilə xidmət şəbəkəsini optimallaşdırmağa davam edir.
Belə ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Bank BTB-nin “Sənaye” filialının daha əlverişli ünvana köçürülməsi təmin edilmişdir. Hazırda, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 51 ünvanında (Yasamal parkının qarşısında) fəaliyyət göstərən filial yüksək standartlara və vahid korporativ interyer dizaynına uyğun olaraq təchiz edilmiş, müştərilərə yüksək səviyyədə xidmət üçün hər bir şərait yaradılmışdır.
Filialda müştərilər üçün kreditlər, kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, valyuta əməliyyatları daxil olmaqla bütün bank xidmətləri göstərilir. Filialın iş rejimi həftənin 5 günü səhər saat 09:00-dan 18:00-a kimidir.
Filialın açılış mərasimində Bank “BTB” ASC-nin İdarə Heyəti Sədrinin müavini Zaur Yusifov bildirib ki: “Bank BTB hər il olduğu kimi bu il də inkişaf strategiyasını uğurla davam etdirir. Əsas məqsədimiz filial şəbəkəmizi daha da optimallaşdırmaq, bankımızın məhsul və xidmətlərində müasir texnologiyaların tətbiqi ilə müştərilərimizə yüksək xidmət göstərməkdir”
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb) səhifələrinə, eləcə də 055 300 09 46 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















