İstanbulda ictimai nəqliyyat və taksi qiymətləri kəskin artırıldı
İstanbulda ictimai nəqliyyat və taksi tarifləri artıb. Belə ki, tam bilet 9,90 lirədən 15 lirəyə, tələbə bileti 4,83 lirədən 7,32 lirəyə, metrobüs bileti isə 22,25 lirəyə qalxıb. Digər tərəfdən, taksilərdə açılış rüsumu 19,17 TL-yə, mindi-düşdü haqqı isə 70 TL-yə qaldırılıb.İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) Nəqliyyat Koordinasiya Mərkəzinin toplantısında ictimai nəqliyyat tarifləri 51,52% artırılıb.
Marja.az xəbər verir ki, qəbul edilən artım təklifi çərçivəsində tam elektron biletin qiyməti 9,90 lirədən 15 lirəyə, tələbə elektron biletinin qiyməti 4,83 lirədən 7,32 lirəyə, müəllim elektron biletinin qiyməti 7,09 lirədən 10,74 lirəyə, tam abunə haqqı 777 lirədən 1177 lirəyə yüksəldilib. Tələbə abunə haqqı 140 TL-dən 212 TL-yə qalxıb.
Taksilərdə taksimetrin açılış haqqı 12,65 lirədən 19,17 lirəyə, sarı taksinin məsafə haqqı kilometr başına 8,51 lirədən 13,75 lirəyə, sarı taksinin zaman tarifi bir saat üçün 100,80 lirədən 152,73 lirəyə, mindi-düşdü haqqı isə 40 lirədən 70 lirəyə artıb.
Mikroavtobuslarda ən qısa məsafəyə gediş haqqı 7 lirədən 12 lirəyə qaldırıldığı halda, tələbələr üçün bu ödəniş 5 lirədən 8 lirəyə qaldırılıb.
Metrobüs bileti isə 22,25 lirə olub.
Məktəb avtobusu ödənişlərində 0-1 kilometr arasındakı məsafə 792 lirədən 1300 lirəyə qaldırılıb.
10-17 yerlik mikroavtobuslar üçün personalın xidmət haqqı 422,40 lirədən 640,02 lirəyə qaldırılıb.
Qeyd edək ki, bugünün rəsmi məzənnəsinə görə 1 Türk Lirəsi 0,0629 manata bərabərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 d. əvvəl
-
- 19 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
4 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
18 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
Ən çox oxunanlar
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI


















