Bank kartları ilə xaricə gedənlərin nəzərinə - nağdlaşdırma limiti tətbiq edildi

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 iyul tarixli 38/1 nömrəli Qərarı ilə dəyişikliklər edilib. Həmin dəyişikliklər 9 avqust 2023-cü il tarixində qüvvəyə minib.
Marja.az xəbər verir ki, dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş (Azərbaycan bankları tərəfindən buraxılmış) ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər (Azərbaycan vətəndaşları) tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.
Bir sıra ekspertlər tərəfindən bu məbləğ xaricdə nağdılaşdırma ilə bağlı aylıq limitin tətbiqi edildiyi şəkilində şərh edilib.
Qeyd edək ki, indiyədək Qaydalarda belə bir bənd olmayıb. Əvvəlki redaksiyada 4,4 bəndi ilə yekunlaşan 4-cü maddəyə aşağıdakı məzmunda 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlər əlavə edilib:
“4.5. Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə müvafiq olaraq özəl tərəfdaş dövlət-özəl tərəfdaşlığı layihəsinin maliyyələşdirilməsi üçün qeyri-rezident banklardan aldığı kreditlər üzrə öhdəliklərini yerinə yetirmək məqsədilə həmin öhdəliklərin yerinə yetirilməsi üçün tələb olunan həddə xarici valyuta vəsaitini və Azərbaycan Respublikasında əldə etdiyi gəliri qeyri-rezident banklarda açdığı bank hesablarına köçürmək hüququna malikdir. Belə əməliyyatlar müvafiq təsdiqedici sənədlər əsasında həyata keçirilir.
4.6. Rezident fiziki şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə təqvim ayı ərzində cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitini nağdlaşdıra bilərlər
4.7. Qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan saziş və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlarda, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə valyuta əməliyyatlarının aparılmasına dair bu Qaydalarda nəzərdə tutulanlardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin, qanunların və beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir".
Həmçinin Qaydaların 4.3.8.3-cü yarımbəndinə də dəyişiklik edilib. Belə ki, əvvəlki redaksiyada şəxsi məqsədlər üçün köçürmələr üzrə "rezident və qeyri-rezident fiziki şəxsin bir əməliyyat günü ərzində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək, təqvim ayı ərzində isə cəmi 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə limit müəyyən edilmişdi. Dəyişiklik ilə, günlük 1000 dollar, lakin ay ərzində 10 min dolları keçməmək şəri ilə limit ləğv edilərək, 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək artırılıb.
İqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, plastik kartlar ilə xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır:
"Mərkəzi Bank "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik edib. Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq.
Yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min doillardan artıq məbləği nağdılaşdırdıra bilməz. Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. O baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir.
Digər dəyişikliyə əsasən, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq həddlər ilə əvəzlənib. Bu hallarda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Eyni zamanda, bu xərc vətəndaşların təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı kimi də nəzərdə tutulub".
Qaydaları buradan ətraflı oxuya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
2 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 2 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
