Dünya neft tələbatı rekord həddə
2023-cü ilin iyun və avqust aylarında dünya neft tələbatı rekord həddə - 103 milyon barel/günə çatıb və rekordu bir daha yeniləyə bilər.
Marja.az xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatında bildirilir.
Qeyd edilib ki, neftə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdən tələb artıb. İqtisadiyyatın sağlamlığı ilə bağlı davamlı narahatlıqlara baxmayaraq, Çinin neftə tələbi də gözləniləndən daha güclü olub, yeni yüksək səviyyələrə çatıb.
Beynəlxalq Enerji Agentliyi qeyd edib ki, 2023-cü il ərzində qlobal neft tələbi 2,2 milyon barel/gün artaraq 102,2 milyon barel/günə çatacaq ki, bu da ən yüksək illik səviyyədir. Buna səbəb pandemiyadan sonrakı bərpa prosesinin böyük ölçüdə davam etməsidir. 2024-cü ildə də neftə tələbin artması davam edəcək, lakin enerji keçidinin sürətlənməsi ilə artım 1 milyon barel/günə qədər yavaşlayacaq.
Yay səyahətlərinin güclü artması, enerji istehsalında neftdən istifadənin artması və Çinin neft-kimya fəaliyyətinin artması nəticəsində dünya neft tələbi rekord həddə çatır. Qlobal neft tələbi 2023-cü ildə gündəlik 2,2 barel artaraq 102,2 barelə çatacaq və artımın 70%-dən çoxu Çinin payına düşəcək.
İyulda qlobal neft hasilatı gündəlik 910 min barel azalaraq 100,9 barel/gün təşkil edib. İyul ayında Səudiyyə Ərəbistanında hasilatın kəskin azalması baş verib. OPEC+ blokunda hasilat gündəlik 1,2 milyon barel azalaraq 50,7 milyon barel/günə düşüb, qeyri-OPEC+ ölkələrinin hasilatı isə 310 milyon barel/gün artaraq 50,2 milyon barel/günə yüksəlib. Qlobal neft hasilatının 2023-cü ildə gündəlik 1,5 milyon barel artaraq rekord həddə - 101,5 milyon barel/günə çatacağı proqnozlaşdırılır. Qeyri-OPEC+ ölkələri üzrə artımın əsas hissəsinin ABŞ-ın hesabına olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)





.jpg)







