Quraqlıq Panama kanalının dayazlaşmasına səbəb olub, tankerlərin növbəsi yaranıb
Şiddətli quraqlıq Panama kanalının dayazlaşmasına və mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin uzun müddət dayanmasına səbəb olub.
Marja.az xəbər veri ki, bu barədə Financial Times qəzeti məlumat yayıb .
Norton Lilly gəmiçilik agentliyinin məlumatına görə, iyulun 10-dan etibarən Panama Kanalı bölgəsində LNG tankerlərinin gözləmə müddəti 8 gündən 18 günə yüksəlib. Bundan əlavə, Çindən körfəz sahillərinə kanal vasitəsilə ABŞ-a 40 futluq (12 metr) konteynerin ekspress daşınmasının orta dəyəri 36% artaraq 2,4 min dollar təşkil edib.
Sənaye rəhbərlərinin dediyinə görə, konteyner gəmiləri kanala girişi aylar əvvəldən sifariş etdikləri üçün LNG tankerlərinin keçidində fasilələrin yaranma ehtimalı artıb. Onlardan bəzilərinə yüklərin Süveyş kanalı vasitəsilə Asiyadan ABŞ-a yönləndirilməsi təklif edilir, lakin bu, çatdırılma müddətini bir həftə artırır.
Vəziyyətin pisləşməsinə səbəb son yüz ilin ən güclü quraqlıqlarından biri, Panama kanalında gəmilərin keçməsi üçün suyun götürüldüyü şirin su anbarlarında suyun səviyyəsinin azalması olub. Vəziyyət Sakit Okeanın səthini qızdıran və yağıntıların miqdarına təsir edən El Nino fenomeninin təsiri ilə daha da ağırlaşdı. Bu fenomen hər 2-7 ildən bir müşahidə olunur.
Sakit okeandan Atlantik okeanına konteyner daşımalarının 29%-ə qədərinin daşındığı Panama Kanalı administrasiyası qeyd edib ki, təkcə bu il məhdudiyyətlər 200 milyon dolların itirilməsinə səbəb olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























