İlk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışı üstələyib - 29 FAİZLİK AZALMA
2023-cü ilin 6 ayında Azərbaycandakı banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1,8 milyard ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdir.
2023-cü ilin 6 ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşmışdır. Tədiyə balansının cari əməliyyatlar hesabının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir.
Marja.az xəbər verir ki. bu, Mərkəzi Bankın 2023-cü ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti icmalında bildirilir.
Dövr ərzində həm nağd, həm də nağdsız valyuta bazarında əməliyyatlar davam etdirilmişdir.
6 ayda nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 13.4 mlrd. ABŞ dolları ekvivalentində 5 olmuşdur. Nağdsız valyuta əməliyyatlarının 79.5%-i ABŞ dollarında, 20.5%-i isə digər valyutalarda aparılmışdır. Valyuta əməliyyatlarının 20%-i banklararası valyuta bazarında (BVB), 80%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilmişdir.
Hesabat dövründə BVB-də əməliyyatların həcmi 2.7 mlrd. ABŞ dolları (ARDNF-in və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olmuşdur. Bu seqmentdə əməliyyatların 97.3%-i ABŞ dollarında aparılmışdır. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
Hesabat dövründə banklararası valyuta bazarında mövcud hərrac mexanizmi saxlanılmaqla, Mərkəzi Banka valyuta bazarına çevik reaksiya vermək imkanı verən, banklara real vaxt rejimində xarici valyutaya tələb və təklifi izləməyə və ən optimal məzənnə ilə əqd bağlamağa imkan verən Blumberqin “BMatch” platforması aktivləşdirilmişdir. BDVBdə valyuta əməliyyatlarının həcmi 10.7 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Əməliyyatların 75%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşmüşdür.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 29% azalaraq 1.8 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 84%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir. Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələmişdir.
2023-cü ilin 6 ayında Mərkəzi Bankda ARDNF-in valyuta satışlarının həyata keçirilməsi üzrə 45 valyuta hərracı baş tutmuşdur. Hesabat dövründə valyuta hərraclarının 98%-də təklif tələbi üstələmişdir. Dövr ərzində Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuşdur.
Dövr ərzində manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir. Hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alışsatış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6955 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil etmişdir.
Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı müxtəlif istiqamətdə dəyişmişdir. Belə ki, manatın məzənnəsi nominal olaraq Türkiyə lirəsinə, Rusiya rubluna, Yaponiya yeninə, Çin yuanına qarşı bahalaşmış, avroya, İngiltərə funtsterlinqinə, Qazaxıstan tengəsinə, İsveçrə frankına və Gürcüstan larisinə qarşı ucuzlaşmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
7 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
7 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 8 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
