Carlsberg-in rəhbəri şirkətin Rusiyadakı aktivlərinin taleyindən danışıb
"Carlsberg Group" Rusiyadakı aktivlərini və biznes dəyərini qorumağa çalışacaq və onların Federal Əmlakın İdarə Edilməsi Agentliyinin idarə edilməsinə verilməsi ilə razılaşmır".
Marja.az xəbər verir ki, bunu qrupun baş direktoru Cees 't Hart bildirib.
"İyun ayında biz Rusiya biznesinin satışı üzrə investor axtarışının başa çatdığını elan etməkdən məmnun olduq. Lakin qısa müddət sonra Rusiya Federasiyası Prezidentinin fərmanı ilə biznesin idarə edilməsinin müvəqqəti olaraq Rusiyanın federal agentliyinə verilməsi bizi şoka saldı. Biz Bu gözlənilməz addımın vəziyyəti və hüquqi nəticələrini qiymətləndirir və aktivlərimizi və biznes dəyərimizi qorumağa çalışacağıq",- Cees 't Hart deyib.
“Şirkətimiz Rusiyada yerli qaydalara uyğun hərəkət edib və Rusiya hökumətinə bu son dərəcə gözlənilməz və əsassız müdaxiləyə etiraz edib”,- o əlavə edib.
1847-ci ildə Danimarkada əsası qoyulmuş Carlsbergbu gün dünya pivə bazarında aparıcı mövqelərdən birini tutur. Onun portfelinə Carlsberg, Tuborg, Kronenburg və başqaları daxil olmaqla 140-a yaxın brend daxildir. Şirkətin işçi heyəti təxminən 40 min nəfərdir. Rusiyanın “Baltika” şirkəti 2008-ci ildən "Carlsberg Group"un bir hissəsidir.
Carlsberg 2022-ci il martın 4-də Rusiyaya investisiyaların dayandırıldığını, keçən il martın 28-də isə Rusiyadakı aktivlərinin satışını elan edib. Bu ilin iyun ayında şirkət “Baltika” üçün yeni investor axtarışını başa çatdırdığını və əməliyyat başa çatana qədər hazırkı rejimdə işləməyə davam etdiyini açıqlamışdı. İyul ayında Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb, ona əsasən, xarici şirkətlərə məxsus, o cümlədən “Danone Russia” Səhmdar Cəmiyyəti və “Baltika” MMC-nin səhmləri Federal Əmlakın İdarə Edilməsi Agentliyinin müvəqqəti administrasiyasına verilir. Şirkətin təsisçisi Taimuraz Bolloyev “Baltika Brewing Company” MMC Federal Əmlakın İdarə Edilməsi Agentliyinin nəzarətinə keçdikdən sonra onun rəhbəri təyin edilib.
O vaxtdan şirkət bəyan edib ki, onun Federal Əmlakın İdarə Olunması Agentliyinin müvəqqəti nəzarətinə verilməsinin və idarəetmədəki dəyişikliyin şirkətin fəaliyyətinə hansı təsirləri olacağı bəlli deyil və Baltika səhmlərinin Agentliyə verilməsinin nəticələrini öyrənməyə davam edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 15 saat əvvəl
-
- 15 saat əvvəl
-
16 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























