ADNOC Xəzərdə qazın dəyər zəncirinin yaradılmasına investisiya yatırmağa hazırdır
Abu Dabi Milli Neft Şirkəti (ADNOC) Xəzər regionunda qazın dəyər zəncirinin yaradılmasına investisiya yatırmağı planlaşdırır.
Bunu ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi “S&P Global Commodity Insights” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bunun üçün ADNOC hökumətlərarası əlaqələrindən, beynəlxalq neft şirkətləri ilə tərəfdaşlıqdan və MDB regionundan qazın Türkiyə və Avropa kimi bazarlara ixracı üçün strateji ehtiyacdan istifadə edəcək.
M. Kaabi bildirib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkətləri ilə tərəfdaş olmaq üçün Xəzər regionunda “Abşeron” yatağında 30 % pay alan ADNOC regionda və qlobal miqyasda daha da genişlənmək üçün bu şirkətlərlə işləməyi səbirsizliklə gözləyir: “Bizim təbii qaza və dəyər zəncirinə sərmayə yatırmaq üçün strategiyamız mövcuddur. Əgər biz gəlirlərimizi və konsorsiumda konstruktiv iştirakımızı artırmaq üçün cəlbedici təklifi görsək, onu nəzərdən keçirəcəyik”.
O qeyd edib ki, iki ticarət bölməsi yaradan ADNOC, mayeləşdirilmiş təbii qaz (LNG) ticarətindən yüksək marjalardan faydalanmaq istəyir: “ADNOC Trading” 100 % ana şirkətə məxsusdur. “ADNOC Global Trading” şirkəti isə OMV və “Eni” ilə birgə yaradılmış müəssisədir. Səhmdarlarımız üçün düzgün dəyər yaratmaq üçün bəzən dəyər zəncirinin yalnız bir hissəsində olmaq lazım deyil. Əksinə, gələcəkdə potensial ticarət də daxil olmaqla inteqrasiya edilmiş marjaya sahib olmaq daha yaxşıdır”.
M. Kaabi vurğulayıb ki, Azərbaycanın Xəzər dənizindəki “Abşeron” qaz-kondensat yatağına ilk böyük beynəlxalq sərmayəsindən sonra ADNOC bu sərmayənin yüksək gəlirliliyinə diqqət yetirərək qlobal LNG biznesini genişləndirmək niyyətindədir: “Biz gücümüzü tamamlayan bir strategiya həyata keçiririk. Biz tarixən LNG-də əhəmiyyətli oyunçu olmuşuq və indi Əbu Dabidə genişlənirik. Biz bunu bütün dünyada mühüm mövqelərlə tamamlamaq istərdik”.
Şirkət rəsmisi deyib ki, əgər haradasa, Şərqdə və ya Qərbdə, investisiya meyarlarımıza, strateji əsaslandırmamıza və güclü tərəflərimizdən, o cümlədən ticarətdən daha çox dəyər yaratmaq qabiliyyətimizə cavab verən LNG layihəsi varsa, biz bunu nəzərə alacağ.
Xatırladaq ki, bu ilin avqustun əvvəlində SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra ADNOC şirkəti “Abşeron” yatağında 30 %, SOCAR və “TotalEnergies” şirkətlərinin hər biri isə 35 %-lik iştirak payına malik olacaq.
ADNOC-un Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hüdudlarından kənarda apstrim layihəsində ilk investisiyasını Azərbaycana yatırması ölkəmizdə xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürüdür. Saziş Azərbaycan və BƏƏ arasında strateji əlaqələri daha da gücləndirəcək və ölkəmizin etibarlı təbii qaz təchizatçısı kimi mövqeyinə dəyərli töhfəsini verəcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
© “Report”
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"






















