Bank Olmayan Kredit Təşkilatının xalis mənfəəti 5 dəfədən çox artıb
"TBC Kredit BOKT" MMC 2023-cü ilin ilk 6 ayını 244 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ilin ilk 6 ayını 48 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "TBC Kredit BOKT"ın xalis mənfəəti 5 dəfədən çox artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Təşkilatın yarımillik hesabatına istindən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayı ərzində "TBC Kredit BOKT" ın faiz gəlirləri 1 milyon 856 min manat, qeyri-faiz gəlirləri 294 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Kredit təşkilatının faiz gəlirləri 1 milyon 642 min manat, qeyri-faiz gəlirləri 298 min manat təşkil etmişdi.
TƏŞKİLAT BÖYÜYÜB MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 iyun 2022-ci il tarixində "TBC Kredit BOKT"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15 milyon 670 min manat ikən, 30 iyun 2023-cü il tarixində 16 milyon 831 min manata çatıb. Təşkilatın cəmi aktivləri 18 milyon 259 min manatdan 19 milyon 449 min manata yüksəlib.
"TBC Kredit BOKT" MMC-nin nizamnamə kapitalının 100%-i Gürcüstanın "TBC Bank Group" şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















