İki qardaşa məxsus olan BOKT-ın xalis mənfəəti kəskin azalıb
Bank Olmayan Kredit Təşkilatı (BOKT) "FİNOKO" ASC 2023-cü ilin 1-ci yarısını (yanvar-iyun) 65 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2022-ci ilin birinci yarısını 186 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "FİNOKO"nın xalis mənfəəti 2,9 dəfə azalıb.
Marja.az Təşkilatın yarımillik hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında BOKT "FİNOKO" ASC-nin faiz gəlirləri 2 milyon 936 min manat, qeyri-faiz gəlirləri 361 min manat, əməliyyat mənfəəti 59 min manat təşkil edib. 2022-ci ilin birinci yarısında Təşkilatın faiz gəlirləri 2 milyon 898 min manat, qeyri-faiz gəlirləri 325 min manat, əməliyyat mənfəəti 187 min manat təşkil etmişdi. "FİNOKO"nun gəlirləri cüzi artsa da, qeyri-faiz xərclərinin daha çox artması xalis mənfəətinin düşməsinə səbəb olub.
30 İyun 2023-cü il tarixində BOKT "FİNOKO" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 22 milyon 260 min manat təşkil edib. Təşkilatın kredit portfeli ötən ilin eyni tarixində 21 milyon 606 min manat, ötən ilin sonunda isə 23 milyon 921 min manat təşkil etmişdi.
Bölüşdürülməmiş mənfəətin istifadəsilə əlaqədar olaraq BOKT "FİNOKO" ASC-nin cəmi kapitalı ötən ilin İyun ayının sonundakı 7 milyon 911 min manatdan 5 milyon 113 min manata geriləyib.
30 İyun 2023-cü il tarixində BOKT "FİNOKO" ASC-nin 94 nəfər işçisi olub.
BOKT "FİNOKO" ASC-nin səhmdarları Əliyev Elçin Rəşid oğlu və Əliyev Elmar Rəşid oğludur. 30 İyun 2023-cü il tarixində Təşkilat 4 milyon 855 min manat nizamnamə kapitalına malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























