Unibankın yüksək gəlirli manat istiqrazlarının hansı üstünlükləri var?
Unibank tərəfindən buraxılan yüksək gəlirli manat istiqrazları Bakı Fond Birjasında uğurla listinqdən keçib və istiqrazların yerləşdirilməsi sentyabrın 7-də baş tutacaq. Hərrac BFB-nin premium bazar seqmentində birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə), “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyilə həyata keçiriləcək. Emissiya ilə bağlı suallarımızı “Unicapital İ.Ş.” ASC-nin Direktoru Elmira Qəribova cavablandırıb.
-Yüksək likvidliyə və illik faiz dərəcəsinə malik manat istiqrazlarının dövriyyəyə buraxılması investorlar tərəfindən necə qarşılanıb?
Bildiyiniz kimi illik faiz dərəcəsi 11,5%, ümumi həcmi 20 milyon manat olan Unibank istiqrazları BFB-da uğurla listinqdən keçdi. Premium bazar seqmentində yerləşdirilən istiqrazlara istər hüquqi, istərsə də fiziki şəxslər tərəfindən maraq olduqca böyükdür. Bu buraxılış şirkətimizin anderrayterlik etdiyi, ölkənin ən köklü kommersiya banklarından olan “Unibank”ın ilk qiymətli kağız buraxılışı deyil. Sözü gedən buraxılışı digərlərindən fərqləndirən əsas üstünlüklər isə münasib nominal dəyərə və yüksək faiz dərəcəsinə malik olmasıdır.
-Unibank istiqrazlarına fiziki şəxslər tərəfindən böyük maraq göstərilməsinin əsas səbəbləri hansılardır?
Əvvala Unibank istiqrazlarının fiziki şəxslər tərəfindən bu qədər böyük rəğbət və maraqla qarşılanması şirkətimiz üçün gözlənilən idi. Bildiyiniz kimi Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, bu ilin fevralından etibarən fiziki şəxslər qiymətli kağız alışı zamanı 10% gəlir vergisindən azaddırlar. Bundan əlavə yalnız fiziki şəxslər üçün sözü gedən istiqrazlara şamil olunan başqa bir güzəşt də ondan ibarətdir ki, Unibank istiqrazının fiziki şəxslər tərəfindən alışı zamanı bütün komissiyaları emitent (Unibank KB) özü qarşılayır. Alış zamanı fiziki şəxslərdən heç bir komissiya tutulmur. Bütün bunların fonunda qiymətli kağızın nominal dəyərinin 100 AZN olması, illik faiz dərəcəsinin 11,5% olması və ödəniş tezliyinin 3 aydan bir icrası fiziki şəxs üçün Unibank istiqrazlarını çox cəlbedici investisiya aləti edir.
-Hal-hazırda bu istiqrazların alışı mümkündürmü?
Bəli, artıq qiymətli kağızların alışı üçün müraciətlər qəbul olunur. Unibank istiqrazlarını ilkin buraxılışda əldə etmək istəyən şəxslər aşağıdakı linkə keçərək, öncədən müraciət edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari. İstiqrazların yerləşdirilməsi 7 sentyabr 2023-cü il tarixində baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş




























