Bakı aeroportu “Georgian Wings” aviaşirkətinin ilk reysini qəbul etdi
Sentyabrın 6-da “Georgian Wings” aviaşirkətinin Tbilisi-Bakı marşrutu üzrə ilk reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Gürcüstan aviadaşıyıcısının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.
“Georgian Wings”aviaşirkətinin ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri, eləcə də Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak ediblər. Ölkələr arasında əlaqələrin inkişafı baxımından bu tədbirin əhəmiyyəti vurğulanıb.
“Aeroportumuz beynəlxalq tərəfdaşlıq əlaqələrinin davamlı inkişafına və genişlənməsinə sadiqdir və bu marşrutun istifadəyə verilməsi iki ölkə arasında turizmin, biznesin və mədəni mübadilənin inkişafı üçün daha da geniş imkanlar açır”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov vurğulayıb.
“Biz Tbilisi-Bakı marşrutu üzrə “Georgian Wings” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu enişini qeyd etməkdən qürur duyuruq. Bu mühüm məqam Gürcüstanla Azərbaycan arasında bizim yaxın dost qonşuluğumuzu vurğulayır. Bu marşrut bizim üçün ölkələrimiz arasında turizm, biznes və mədəni mübadiləni inkişaf etdirmək üçün sonsuz imkanlar açır. Müntəzəm reyslər bu həftədən etibarən ATR72-500 təyyarələri ilə başlayacaq və Tbilisi ilə Bakı arasında rahat uçuşlar həyata keçiriləcək. Yeni üfüqlər açmaq və tərəfdaşlığımızı gücləndirmək üçün biz hər kəsi “Georgian Wings”in göyərtəsində gözləyirik”, - “Georgian Wings” aviaşirkətinin baş direktoru Edison Pipia bildirib.
“Georgian Wings” Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə üç dəfə: çərşənbə, cümə və bazar günləri müntəzəm uçuşlar həyata keçirəcək.
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.georgianwings.com rəsmi saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















