"Bu qərar Qərbin planlarını pozdu"
Business Insider (BI): Neft hasilatının azaldılması müddətinin uzaldılması Qərbin inflyasiyanın öhdəsindən gəlməsinə mane ola bilər.Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatını azaltması “qara qızıl”ın qiymətinin artmasına səbəb olub ki, bu da ekspertlərin fikrincə, Qərb ölkələrinin yüksək inflyasiyadan çıxmaq planlarını puça çıxara bilər .
Marja.az xəbər verir ki, bu barədə “Business Insider” yazır.
Nəşrin yazdığına görə, iki “enerji nəhəngi”nin neft hasilatını gündə 1,3 milyon barel azaltmaq qərarı Brent markalı neftin fyuçerslərinin qiymətinin 90 dollar həddini aşmasına və bununla da son on ildə maksimuma çatmasına səbəb olub.
Ekspertlər hesab edirlər ki, neftin qiymətinin artması nəticəsində Qərb ölkələrində inflyasiya daha uzun müddət yüksək səviyyədə qala bilər.
"Rystad Energy" analitik şirkətinin baş vitse-prezidenti Xorxe Leon deyib: “Belə addımlar qlobal neft bazarında əhəmiyyətli qıtlıq yaradır və yalnız bütün dünyada neft qiymətlərinin artmasına səbəb ola bilər”.
Analitik hesab edir ki, hasilatın azaldılmasının Qərbdə inflyasiyaya və iqtisadi siyasətə təsirini proqnozlaşdırmaq çətindir, lakin neftin yüksək qiymətləri “yalnız inflyasiyanın qarşısını almaq üçün xüsusilə ABŞ-da fiskal sərtləşdirmə ehtimalını artıracaq”.
Eyni zamanda, "Zaye Capital Markets"in investisiya direktoru Naeem Aslam deyib ki, Səudiyyə Ərəbistanı neftin qiymətini yüksək saxlamaq üçün tədbirlər görür, çünki iqtisadiyyatı transformasiya etmək üçün layihələrinə böyük pul yatırmalıdır.
İki gün əvvəl SPA xəbər agentliyi mənbəyə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanı könüllü olaraq neft hasilatını gündəlik bir milyon barel azaltmağı ilin sonuna qədər uzadacaq. Bundan dərhal sonra Rusiya hökumətinin baş nazirinin müavini Aleksandr Novak Rusiya Federasiyasının neft hesilatının gündəlik 300 min barel azaldılmasının müddətini ilin sonuna qədər uzadacağını açıqladı. Eyni zamanda, Novak qeyd edib ki, neft hasilatının könüllü azaldılmasının həcmi artıq bazar şəraitindən asılı olaraq hər ay nəzərdən keçiriləcək.
Bundan sonra neftin qiyməti 2%-dən çox artıb və Brent markalı neftin qiyməti 2022-ci il noyabrın 17-dən bəri ilk dəfə olaraq bir barel üçün 91 dolları ötüb.
Müştərilərin xəbərləri
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsi münsiflərinin qiymətləndirmə sessiyası başa çatıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 saat sonra
-
-
12 d. əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 18 d. əvvəl
- 23 d. əvvəl
-
46 d. əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
1 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Xalq Bank" Birləşmiş Ərəb Əmirliklərinin ən böyük bankında müxbir hesab açıb
-
1 saat əvvəl
Azərbaycan bankı beynəlxalq investisiya şirkətindən 7 milyon dollar cəlb edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib
CBS: ABŞ-ın İrana hücumlarının xərci 50 milyard dollara yaxındır













.jpg)









