Azərbaycan Qırğızıstanda 5 ulduzlu otel tikəcək
Bu gün Qırğızıstan Joqorku Keneşinin büdcə komitəsinin iclasında İssık-Kul gölünün sahilində beşulduzlu otelin tikintisinə dair Azərbaycanla saziş layihəsinə baxılacaq.
Xarici mətbuat xəbər verir ki, bunu Qırğızıstan millət vəkili Dastan Bekeşev deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Nazirlər Kabineti ölkənin Qara-Öy kəndində 17 hektar torpaq sahəsinin ayrılmasını nəzərdə tutur ki, bunun da 12 hektarı tikinti, 4 hektarı park, 1 hektarı isə çimərlik üçün ayrılacaq:
“Qırğızıstan Nazirlər Kabineti pansionata gedən infrastrukturun tamamlanması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, eləcə də torpağın istifadə müddətinin uzadılması hüququ ilə 49 il müddətinə verilməsi, Azərbaycan isə 3 il ərzində otelin tikintisini və işlərin 70 %-də qırğızıstanlı vətəndaşlarının çalışdırılmasını öhdəsinə götürüb.”
Azərbaycanın İssık-Kulda beşulduzlu otel tikməyi planlaşdırdığını hələ iyun ayında Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev deyib. Onun sözlərinə görə, bu razılaşma Qırğızıstan və Azərbaycan prezidentləri arasında aparılan danışıqlardan sonra əldə olunub. Nazir hesab edir ki, Qırğızıstanda komfortu sevən turistləri cəlb edəcək kifayət qədər otel otağı yoxdur.
Azərbaycanla yanaşı, Qırğızıstanda Özbəkistan da otellər tikməyi planlaşdırır. Bişkek, "Enesai" (Dilorom), "Bosteri" (Qızıl Qumlar), "Rohat" və "Buston" pansionatlarını 49 il müddətinə Özbəkistana vermək niyyətindədir. Bu pansionatların sovet dövründə Özbəkistan SSR-in vəsaiti ilə tikilib və 1992-ci ildəki müqaviləyə əsasən ona məxsus olub. Ancaq, 2016-cı ildə Qırğızıstan hökuməti, o zamankı baş nazir Temirov Sariyevin rəhbərliyi ilə Özbəkistanın dövlət şirkətlərinə məxsus olan bu pansionatları özəlləşdirib. Özbəkistan isə beynəlxalq arbitrajda iddia qaldırıb.
Prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstan məhkəmədə uduzub və Özbəkistan tərəfinə 40 milyon ABŞ dollarından çox pul ödəmək məcburiyyətində qalıb. Lakin, tərəflər pansionatların 49 illiyə Özbəkistana icarəyə verilməsinə və onları 4-5 ulduzlu otellər səviyyəsinə yüksəldilməsi ilə bağlı razılaşıblar.
© “Report”
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
5 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"





















