Azərbaycanın İT şirkəti “Ultra”nın satışı və mənfəəti 2 dəfədən çox artıb
İKT bazarında tanınmış şirkətlərdən biri olan “Ultra Technologies” 2022-ci ili 5 milyon 181 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 401 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Ultra Technologies” şirkətinin xalis mənfəəti 2,2 dəfəyə yaxın artıb.
Marja.az xəbər verir ki, “Ultra Technologies” şirkətinin əsas əməliyyat gəlirləri (satış) 2021-ci ildə 17 milyon 976 min manat ikən, 2022-ci ildə 37 milyon 487 min manata yüksəlib (2,1 dəfə artıb).
31 dekabr 2022-ci il tarixində “Ultra Technologies” şirkəti 16 milyon 395 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 10 milyon 440 min manat cəmi aktivlərə malik idi.
“Ultra Technologies” şirkəti 1999-cu ildə təsis edilib. Şirkət hal-hazırda “DELL”, “HP”, “Oracle”, “Cisco”, “IBM”, “Kingston”, “Tunçmatik”, “Rittal”, “AHA”, “MiSys”, “Bakotech” və bir sıra digər məşhur İT korporasiyalarının rəsmi statuslu tərəfdaşıdır.
“Ultra Technologies” şirkəti inteqrasiya sistemləri, proqram lisenziyaları və proqram təminatlarının tətbiqi, kompleks İT xidmətlər, İT infrastrukturun qurulması, “Data Center”lərin yaradılması, kompüter və kompüter avadanlıqlarının distributiv satışı, proqramlaşdırma, İT audit və konsaltinq üzrə fəaliyyətlər göstərir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















