Azərbaycan Kredit Bürosunun yeni xidməti - Bildiriş xidməti istifadəyə verilib
Azərbaycan Kredit Bürosu (Büro) Findoc.az portalında yeni xidmətini - Bildirişlər xidmətini istifadəyə vermişdir. Müvafiq xidmət vasitəsilə vətəndaşlar öz kredit tarixçələrində əks olunan gecikmə günləri ilə bağlı bildirişi anında əldə edə biləcəklər.
Xidmət Findoc istifadəçilərinə kreditlər üzrə cari ay ərzində məlumat təchizatçıları tərəfindən təqdim edilmiş gecikmə günləri ilə bağlı bildirişlərin əldə edilməsini əhatə edir.
Bildiriş xidmətinin məqsədi vətəndaşı kredit tarixçəsində baş verən gecikmələrlə bağlı anında xəbərdar etmək və kredit hesabatını daim nəzarətdə saxlamağa imkan yaratmaqdır.
Xidmət ödənişsiz əsaslarla yalnız Findoc-da qeydiyyatdan keçmiş şəxslərə təqdim edilir və hər bir istifadəçi üçün avtomatik aktivləşdirilir. Xidməti dayandırmaq üçün də istifadəçilərə əlavə imkan yaradılmışdır. Bunun üçün Findoc portalının "Tənzimləmələr" bölməsinə keçid edərək müvafiq funksionallığı söndürmək və ya yenidən aktivləşdirmək mümkündür.
Xatırladırıq ki, hər bir istifadəçi öz kredit hesabatını il ərzində iki dəfə tam ödənişsiz əldə edə bilər.
Hazırda Findoc portalında qeydiyyatdan keçmiş şəxslərin sayı 50 mindən artıqdır.
Findoc portalından məsafədən qeydiyyatdan keçmək üçün https://findoc.az linkindən istifadə edilir.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılması, saxlanılması, təhlili, kredit hesabatlarının formalaşdırılması, borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 220-dən artıqdır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır






















