Rusiya Mərkəzi Bankı faizini “çox uzun müddət” yüksək səviyyədə saxlayacaq
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini “çox uzun müddət” yüksək səviyyədə saxlayacaq.
Bunu Mərkəzi Bankın sədri Elvira Nabiullina bildirib.
O, aydınlaşdırıb ki, baza ssenarisində 2023-cü ilin sonuna uçot dərəcəsi 13 - 13,6%, 2024-cü ildə isə illik 11,5-12,5% təşkil edəcək.
"Bu o deməkdir ki, biz inflyasiyanın davamlı azalması üçün uzun müddət ərzində uçot dərəcəsini artırılmış səviyyədə saxlayacağıq", - Nabiullina bildirib.
Tənzimləyici uçot dərəcəsini “inflyasiyanın yavaşlamasının davamlı xarakterinə əmin olana qədər” yüksək səviyyələrdə saxlayacaq.
Qeyd edək ki, bu gün Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 12%-dən 13%-ə yüksəldib. Tənzimləyici qeyd edib inflyasiya təzyiqi yüksək olaraq qalır. Xüsusilə, daxili tələbin artımı, istehsalın genişləndirilməsi və yay aylarında rublun ucuzlaşması inflyasiyanı sürətləndirib.
Rusiya Mərkəzi Bankı 2023-cü ilin sonu üçün inflyasiya proqnozunu 5 - 6,5%-dən 6-7%-ə qaldırıb.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
25 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























