II Azərbaycan Milli Şəhərsalma Forumuna son qeydiyyat tarixinə bir neçə gün qaldı
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə 29 sentyabr – 01 oktyabr 2023-cü il tarixlərində ölkəmizdə II Azərbaycan Milli Şəhərsalma Forumu keçiriləcək. Tədbir işğaldan azad edilmiş Zəngilan və paytaxt Bakı şəhərlərində “Şəhərsalma Həftəsi” çərçivəsində baş tutacaq.
Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, yerli və xarici mütəxəssislərin bir araya gələcəyi üç günlük Forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusu altında inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə ediləcək. Həmçinin Forum müddətində Türk Dövlətləri Təşkilatının Nazirlərinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün regional çağrışlar istiqamətində toplantıları keçiriləcək.
II Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmək istəyənlər nufa.az saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 25 sentyabr 2023-cü il tarixində başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 34 d. əvvəl
- 34 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib



















