Bilet satışı və bron sistemi 300 min dollar cəlb edib
Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan "Tripsome" “Caucasus Ventures” vençur fondundan 300 min ABŞ dolları məbləğində investisiya cəlb edib.
Bu barədə Marja.az-a "Tripsome"dan bildirilib.
Qeyd edilib ki, şirkət bu investisiya ilə həm istifadəçilər, həm də xidmət operatorları üçün öz texnoloji həllərini təkmilləşdirmək məqsədilə məhsul və marketinq komandalarının gücləndirilməsinə əsas diqqət yetirməklə istifadə etməyi planlaşdırır. Hazırda 400-dən çox xidmət operatoru öz xidmətlərini müştərilərə nümayiş etdirmək üçün platformadan aktiv istifadə edir.
Şirkətin baş direktoru və həmtəsisçisi Cəsur Həsənov bildirir: "Biz yeni bir mərhələnin başlanğıcındayıq. Bu maliyyələşdirmə raundu bizə əsas metriklərimiz - gəlir, trafik, xidmət operatorlarının və istifadəçilərin sayı üzrə on qat artım əldə etməyə imkan verəcək. Komandamız Tripsome-ı minlərlə xidmət operatorunun milyonlarla müştəriyə xidmət göstərməklə xidmətlərinin davamlılığını təmin edə biləcəyi mərhələyə çevirmək əzmindədir."
"Caucasus Ventures"in Baş Partnyoru Məmməd Kərim Tripsome haqqında fikirlərini belə ifadə edib: "Mən 2021-ci ildə fəaliyyətə başlayandan bəri Tripsome ilə yaxından işləyirəm. Mütəmadi görüşlər və məlumatlandırıcı bildirişlər vasitəsilə komandanın bazar boşluğunu başa düşmək və həqiqətən müştəri ehtiyaclarına cavab verən texnoloji həll yolu yaratmaq üçün əhəmiyyətli sərmayə qoyduğunu müşahidə etdik. Əvvəlcə bazarın tələbi ilə bağlı ehtiyatlarım var idi, amma təsisçilərə olan inamım özünü sübut etdi. Bir daha təsisçilərə investisiya yatırmaq tezisim özünü təsdiqləndi, çünki onlar modelin uğurunu minlərlə ödəniş edən istifadəçi və digər əhəmiyyətli göstəricilər ilə nümayiş etdirdilər."
CityLife.az və Cityquest.az-ın alınması ilə Tripsome istirahət, mədəniyyət, əyləncə və turizm sənayelərində bazar lideri kimi mövqeyini möhkəmləndirdi. Tripsome bildirib ki, insanların istirahət xidmətlərini kəşf etmə və onlarla əlaqə qurma üsullarında inqilab etməyə hazırlaşır.
Tripsome geniş çeşiddə istirahət, mədəniyyət, əyləncə və idman xidmətləri üçün onlayn bilet satışını və bron xidmətini təklif etməkdə ixtisaslaşan aparıcı platformadır. Bundan əlavə, Tripsome turizm və səyahət sənayesi üçün rahat bron xidmətləri təqdim edir. Yenilikçi yanaşması və müstəsna müştəri təcrübəsini təqdim etmək öhdəliyi ilə Tripsome insanların istirahət fəaliyyəti dünyasını kəşf etmə və həzz alma üsullarını yenidən müəyyənləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
33 d. əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
35 d. əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 42 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
-
2 saat əvvəl
Odero "Visa Ready Full" sertifikasiyasını uğurla tamamladı, xüsusi status aldı
-
15 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
15 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
Ən çox oxunanlar
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
























