AzerTelecom-un Baş icraçı direktoru nüfuzlu mükafata layiq görülüb
Ana Nakaşidze nüfuzlu “Global Leadership Women in Tech®” mükafatına layiq görülüb.
AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze “Women in Tech® Caucasus and Central Asia Awards (CCA) 2023” tədbirində nüfuzlu “Global Leadership Women in Tech®” mükafatına layiq görülüb.
Ana Nakaşidze kimi nüfuzlu qadın liderlərin nailiyyətlərini irəli çəkən bu mükafat Qafqaz və Mərkəzi Asiya regionunda texnologiya sənayesinin inkişafına mühüm töhfələr vermiş qadınların xidmətlərini tanıdır.
6 ölkədən 80-dən çox iştirakçının qatıldığı tədbir Gürcüstanın paytaxtı Tbilisidə sentyabrda baş tutub. “Women in Tech® CCA Awards” texnologiya sahəsində gender müxtəlifliyi, bərabərlik və inklüzivliyi təşviq etməyə həsr olunan daha geniş “Women in Tech® Global Movement”in (Qadınlar Texnologiyada Qlobal Hərəkatı) bir hissəsidir. Bu hərəkat texnologiya sənayesinə əhəmiyyətli təsir göstərmiş qadınların töhfələrini və yeniliklərini nümayiş etdirmək üçün bir platformadır.
Ana Nakaşidzenin nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülməsi onun texnologiya sənayesində fəaliyyətinə olan sadiqliyini göstərməklə yanaşı, həm də STEAM sahəsində çalışan xanımları ilhamlandırır. Ana Nakaşidze telekommunikasiya sənayesində 20 ildən artıq zəngin təcrübəyə sahibdir. AzerTelecom şirkətinin Baş icraçı direktoru vəzifəsinə təyin olunmazdan əvvəl Ana Nakaşidze Gürcüstanda, eləcə də qlobal miqyasda dövlət, özəl və konsaltinq sektorlarında müxtəlif rəhbər vəzifələri tutub.
“Women in Tech® Global Movement”də iştirak edəcək 43 finalçı arasında Global Leadership Women in Tech®” mükafatına layiq görülən Ana Nakaşidze ilə yanaşı, ölkəmizi təmsil etmiş daha iki istedadlı xanım - Leyla Orucova və Ləman Əliyeva da müvafiq kateqoriyalarda “Start-Up Award” və “Aspiring Teen Award” mükafatlarını qazanıblar. Builki "Women in Tech® CCA" tədbirinin qalibləri 16 noyabr 2023-cü il tarixində Dubayda keçiriləcək "Women in Tech® Global Movement Awards"-ın finalında iştirak edəcəklər.
Qeyd edək ki, Ana Nakaşidze İKT və yüksək texnologiyalar sahəsində bir çox nüfuzlu mükafatlara layiq görülüb. Ana Nakaşidze bu ilin mart ayında “Capacity Media” nəşrinin tərtib etdiyi və İT və telekommunikasiya sahəsində 20 görkəmli qadının yer aldığı nüfuzlu “Women to Watch” siyahısında yer alıb. Bundan əlavə, xanım Nakaşidze “Capacity Media” nəşrinin hər il tərtib etdiyi və telekommunikasiya sənayesinin ən nüfuzlu liderlərinin yer aldığı “Power 100” siyahısına daxil edilib.
AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. Şirkət müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat sonra
- 13 d. əvvəl
-
-
19 d. əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 38 d. əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
