46-cı KOB dostu ofisi fəaliyyətə başlayıb
Mil-Muğan iqtisadi rayonu üzrə sayca 3-cü, ölkə üzrə isə 46-cı KOB dostu ofisi fəaliyyətə başlayıb.Biznesin qurulmasına və inkişafına yerində hərtərəfli dəstək göstərən KOB dostlarının sayı Mil-Muğan iqtisadi rayonu üzrə 3-ə çatıb.
Sayca 3-cü KOB dostu ofisi Beyləqan rayonunda fəaliyyətə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, bölgədə sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə Beyləqan KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, hazırda respublikanın 46 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostu Beyləqanda və ətraf rayonlarda biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi, onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışıb, KOB dostunun fəaliyyətinin rayonda mikro, kiçik və orta sahibkarlığın inkişafında, yeni bizneslərin yaranmasında əhəmiyyətli olacağını bildirib.
Tədbir çərçivəsində sahibkarların qarşılaşdıqları çətinliklər və təklifləri dinlənilib, rayonda biznes fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Həmçinin tədbirdə KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub.
Tədbir iştirakçıları Beyləqan Gənclər Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə də tanış olublar.
Beyləqan rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “Qarabağ Taxıl” MMC-də dənli bitkilərin qurudulması, təmizlənməsi və saxlanması prosesi ilə tanış olub, sahibkarla biznes ehtiyaclarına dair fikir mübadiləsi aparıblar. Məlumat üçün qeyd edək ki, müəssisə 2012-ci ildən fəaliyyət göstərir. 200-dən çox daimi işçinin çalışdığı müəssisə ildə 20 min tondan çox dənli bitkilər istehsal etmək gücünə malikdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















