"Sərnişin sayı əsaslı şəkildə artıb, ən sıx qrafik tətbiq olunur, ehtiyat qatarlardan istifadə qeyri-mümkündür" - Bakı metrosu
Sentyabr ayının 15-dən Bakı metropolitenində qatarların yeni hərəkət qrafiki tətbiq olunur.
Bakı metropolitenindən Marja.az-a daxil olmuş məlumatda bildirilir ki, yeni tədris mövsümü və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar Bakı metropolitenində sərnişin sayı əsaslı şəkildə artıb. Bu səbəbdən Bakı metropolitenində stansiyaların fəaliyyəti, sərnişin axını, qatarların hərəkət qrafiki ilə bağlı monitorinqlər davam etdirilir.
Sərnişindaşıma statistikasına əsasən, daşımanın əsaslı şəkildə artmağa başladığı sentyabrın 15-dən metropolitendən istifadə edənlərin sayı orta statistik hesabla gün ərzində 671 min 815 sərnişin təşkil edib. Bu, bütün ay ərzində orta gündəlik sərnişindaşımadan təxminən 60 min çox sərnişin deməkdir.
Daha real təsəvvür üçün 15 sentyabr tarixindən sonrakı dövrün iş günlərinin statistikasına müqayisəli nəzər salmaq vacibdir. Sentyabrın 21 iş günü ərzində orta statistik hesabla gündəlik 681 min 43 sərnişin daşınıb. Sentyabrın 15-dən sonrakı 11 iş günündə gündəlik orta sərnişin sayı 759 min 695 təşkil edib. Müqayisə üçün qeyd edilməlidir ki, sentyabrın 15-dək olan 10 iş günündə orta statistik gündəlik sərnişindaşıma 542 min 418 olub.
Qeyd edilən statistik məlumatlar nəzərə alınmaqla, gündəlik müşahidələr və monitorinqlər də davam etdirilir.
Bakı metropoliteni bildiri ki, yatarların hərəkət qrafiki xüsusi diqqət obyekti olub. Mövcud vəziyyətə uyğun, günorta saatlarında ehtiyat qatardan istifadə olunması müntəzəm təmin edilir. Həmin vaxt “Gənclik”, “28 May” və “Elmlər Akademiyası” daha sıx stansiyalar olduğundan ehtiyat qatar “Nərimanov” elektrik deposundan xəttə çıxarılır. Səhər və axşam gur saatlarda texniki cəhətdən hazırda mümkün olan ən sıx qrafik tətbiq olunduğundan ehtiyat qatarlardan müntəzəm istifadə edilməsi qeyri-mümkündür. Bununla belə, qatarların hərəkətində müvafiq manevrlər və digər operativ tədbrilər nəzarətdə saxlanılır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















