Azərbaycan növbəti FİATA Dünya Konqressində təmsil olundu - FOTOLAR
(®) 3-6 oktyabr tarixlərində Belçikanın paytaxtı Brüsel şəhərində FİATA (Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası) nın “Logistikanın dəyişən iqlimi” sloqanı ilə növbəti FİATA Dünya Konqresi keçirilib.
70 ə yaxın ölkədən 500 dən çox iştirakçının və 60 dan çox bu sahədə ixtisaslaşmış beynəlxalq ekspert-çıxışçının iştirak etdiyi konqresdə Azərbaycanı Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası, eləcə də ölkənin nəqliyyat-logistika sahəsində kadr hazırlığı üzrə ilk özəl təlim-tədris mərkəzi olan "Aztugem" MMC təmsil etmişdir.
Aztugem Təlim-Tədris müəssisəsinin rəhbəri, eyni zamanda beynəlxalq təşkilat olan WILAT (Women In Logistics And Transport) ın Azərbaycan üzrə əlaqələndirici məsul şəxsi təyin olunmuş Lamiyə Xəlilova konqres çərçivəsində bir çox assosasiya nümayəndələri və ekspertlərlə, eləcə də FİATA Prezidenti cənab İvan Petrov, həmçinin Ərəb Körfəzinin Baş Milli Ekspeditorlar Assosiasiyası sədri, eyni zamanda da WILAT Global ın vitse-prezidenti xanım Nadia Abdul Aziz ilə görüşlər keçirmiş, görüşlər çərçivəsində təcrübə mübadiləsi, kadr hazırlığı, təlim-tədris, qadınların nəqliyyat-logistikada mövqeyinin artırılması üzrə fikir mübadilələri aparmışdır.
3 gün davam edən FİATA Dünya Konqresi Proqramı “Logistika və nəqliyyat sahəsində yeni rəqəmsallaşma (digitalizasiya) həlləri”, “Yaşıl Logistikanın gələcəyi”, “Nəqliyyat və Logistika sahəsində risklərin idarə edilməsinin optimallaşdırma mənbələri”, “Nəqliyyat və Logistika üzrə peşə təhsilinin təşviqi” kimi panel mövzuları üzrə ekspertlərin təqdimatları, fikir mübadilələri və müzakirələrlə davam etmişdir.
Qeyd edək ki, 1926 – cı ildən fəaliyyət göstərən və mərkəz ofisi Cenevrə, İsveçrədə yerləşən Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Federasiyası (FİATA) hal-hazırda 150-dən çox ölkədən olan 109 Ekspeditorlar Assosiasiyalarını, eləcə də 5500 dən çox fərdi üzvi və 40 000 dən çox Nəqliyyat və Ekspeditor şirkətlərini birləşdirir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 saat sonra
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















