"Moskviç 6" avtomobilinin qiymətləri məlum oldu
Rusiyanın "Moskviç" şirkəti yeni "Moskvich 6" liftback modelinin qiymətlərini açıqlayıb.
Marja.az-ın məlumatına görə, avtomobil iki komplektasiyada təqdim olunacaq: "Konfort" və “Biznes”.
Zavodun yaydığı məlumata görə, "Moskvich 6" modelinin "Konfort" versiyanın qiyməti 2 626 000 rubl (cari məzənnə ilə 44 min 650 manat, “Biznes” versiyasının qiyməti 2 826 000 rubl (cari məzənnə ilə 48 min manat) təşkil edir.
“Moskviç 6” modeli 136 at gücü hasil edən 1,5 litrlik benzin turbomühərriki ilə təchiz olunur. Daha sonra 174 at güclü GDI turbo mühərrikli versiya satışa çıxarılacaq.
“Moskviç 6” modeli tezliklə satış mərkəzlərində öz yerini tutacaq.
"Moskvich 6" modeli Çininin JAC şirkətinin "Sehol A5" modelinin adı dəyişdirilərək istehsal olunur. Çində "Sehol A5" avtomobili 990.000 rubla (16 min 830 manat) başa gəlir, yəni "Moskvich 6"dan təxminən üç dəfə ucuzdur.
“Moskviç” avtomobil zavodu Rusiya Federasiyasında fəaliyyətini dayandıran Fransanın Renault avtomobil konserninin 2022-ci ilin mayında Moskva hökumətinə təhvil verdiyi keçmiş "Renault Russia" zavodudur. Brendin avtomobillərinin satışı yanvarda Moskva və Sankt-Peterburqda başlayıb və hazırda Rusiyanın 25 şəhərini əhatə edir. Hal-hazırda satışda iki model var: "Moskvich 3" şəhər krossoveri və "Moskvich 3e" elektrik avtomobili.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 5 d. əvvəl
-
-
17 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
57 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazirə yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb
























