Ən yuxarı (mobil)_30

TuranBank investisiya pul nişanları üzrə satış agenti seçildi

TuranBank Mərkəzi Bank tərəfindən investisiya pul nişanları üzrə satış agenti seçilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
TuranBank investisiya pul nişanları üzrə satış agenti seçildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

TuranBank investisiya məqsədli pul nişanlarının satışını təmin etmək və onların geri alışını həyata keçirmək məqsədilə Mərkəzi Bank tərəfindən Satış Agenti seçilib.

Marja.az bu barədə Banka istinadən xəbər verir.

Belə ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizdə ilk dəfə olaraq 10 may 2023-cü il tarixindən tədavülə buraxılmış yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə investisiya pul nişanlarının satışı və geri alışı, geri alınan pul nişanlarının ekspertizasının təşkili və ekspertizasının nəticəsi müsbət olduqda dəyərinin həmin gün onu təqdim etmiş şəxsə ödənilməsi TuranBank tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış bütün yubiley, xatirə və investisiya pul nişanları Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir və onların qalıqları, qiymətləri barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 20 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. 

10.10.2023 12:54

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18