ABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollar artıb.
ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıbABŞ-ın dövlət borcu bir aydan az müddətdə 500 milyard dollardan çox artaraq 33,5 trilyon dollara çatıb.
Marja.azın məlumatına görə, bunu ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatlar göstərir.
Nazirlik sentyabrın 18-də ölkənin ümumi dövlət borcunun 33 trilyon dolları keçdiyini bildirmişdi. O zaman bu rəqəm rekord idi. İyunun 16-da dövlət borcu 32 trilyon dolları keçmişdi. Nazirliyin son hesablamalarına görə, ABŞ-ın dövlət borcu artıq 33 trilyon 513 milyard dolları ötüb.
Yanvarda ABŞ hökumətinin 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş borc tavanı aşılıb. Bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün fövqəladə tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşıblar, lakin büdcə əhəmiyyətli dərəcədə azaldılacaq.
ABŞ prezidenti Co Bayden iyunun 3-də dövlət borcunun tavanını artırmaq üçün Konqres tərəfindən daha əvvəl təsdiq edilmiş qanun layihəsini imzalayıb. Artırılan limitə 2 yanvar 2025-ci ildə çatılacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























