“Okeanus” şirkətinin balıq müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
“Okeanus”da antisanitar vəziyyət. Bu görüntülərdən sonra hisə verilmiş balıqdan iyrənəcəksiniz!Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıq istehsalı müəssisəsində yoxlama keçirilib.
Marja.az xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisəyə baytarlıq sənədləri və mənşəyi məlum olmayan balıq məhsullarının qəbul edildiyi, temperatur rejiminə riayət olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların qəbulu, təmizlənməsi və emalının eyni sahədə həyata keçirildiyi, istehsal olunan məhsulların etiket məlumatlarının (saxlanma şəraiti və yararlılıq müddəti) normativ tələblərə uyğun tərtib olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və antisanitar vəziyyət aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























