"AFB Bank" mənfəətlə çalışmaqda davam edir

"AFB Bank" ASC 2023-cü ilin 9 ayını (yanvar-sentyabr) 6 milyon 293 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 11 milyon 452 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, bu il "AFB Bank"ın xalis mənfəəti 5 milyon 160 min manat və ya 45% az olub. Xalis mənfəətin azalması əməliyyat xərclərinin artması və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan məbləğin 2 dəfə azalması ilə əlaqədardır.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az-ın məlumatına görə, ötən ilin 9 ayı ərzində "AFB Bank"ın faiz gəlirləri 13 milyon 91 min manat ikən, 2023-cü ilin 9 ayında 14 milyon 925 min manata yüksəlib. Ötən ilin yanvar-sentyabr dövründə Bankın qeyri-faiz gəlirləri 7 milyon 926 min manat ikən, cari ilin 9 ayında 6 milyon 356 min manat olub.
2023-cü ilin 9 ayı ərzində "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 21 milyon 281 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 16 milyon 934 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 347 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 946 min manat mənfəətə əlavə olunub.
Ötən ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 21 milyon 17 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 452 min manat, əməliyyat mənfəəti 7 milyon 565 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş məbləğ 3 milyon 887 min manat təşkil etmişdi.
Bankın faiz xərcləri 73,1% artaraq 3 milyon 521 min manat, qeyri-faiz xərcləri isə 17,1% arataraq 13 milyon 412 min manat təşkil edib.
BANK BÖYÜYÜB
30 sentyabr 2023-cü il tarixində "AFB Bank" 304 milyon 624 min manat cəmi aktivlərə, o cümlədən 169 milyon 619 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank ötən ilin sonunda 282 milyon 381 min manat cəmi aktivlərə, o cümldən 170 milyon 854 min manat kredit portfelinə malik idi.
"AFB Bank"ın qiymətli kağızlara investisiyaları 2,3 dəfə artaraq 42 milyon 594 min manata çatıb.
BANKIN DEPOZİT PORTFELİ ARTIB
2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "AFB Bank"da depozitlər 30 milyon 1 min manat və ya 25,8% artaraq 146 milyon 169 min manata yüksəlib. Bankda həm fiziki şəxslərin. həm də hüquqi şəxslərin depozitləri artıb.
30 Sentyabr 2023-cü il tarixində "AFB Bank" 75 milyon 164 min manat məcmu kapitala malik olub.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
20 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
