Gürcüstan hökuməti Anaklia limanının səhm paketinin 51 faizini almaq niyyətindədir
Gürcüstan hökuməti Anaklia dərin özüllü dəniz limanının səhm paketinin 51 faizini almaq niyyətindədir. Limanın tikintisi üçün 2024-ci ilin dövlət büdcəsində 2,4 milyon lari (təxminən 900 min dollar) nəzərdə tutulub.
Yeni limanın tikintisinə 2017-ci ilin dekabrında başlansa da, tikinti işləri sonradan dayandırılıb.
2020-ci ilin yanvarında səlahiyyətlilər investoru maliyyə öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq Anaklia İnkişaf Konsorsiumu ilə müqaviləni ləğv etdi.
Bir müddət əvvəl Gürcüstanın Baş nazirinin müavini və iqtisadiyyat naziri Levan Davitaşvili bildirmişdi ki, müsabiqə əsasında iki xarici şirkətdən biri - İsveçrə-Lüksenburq şirkəti və ya Çin-Sinqapur konsorsiumu limanın tikintisini həyata keçiricək.
Müsabiqənin nəticələri 2024-cü ilin sonuna kimi məlum olacaq. Bu arada, 2023-cü ildə dövlət tikinti işlərinin hazırlanmasına 20 milyon lari (təxminən 7,5 milyon lari) xərcləyəcək.
Gürcüstan hökuməti Anaklia kurort kəndində ölkədə ilk dərin özüllü dəniz limanının tikintisi layihəsinin bərpa olunduğunu elan etdikdən sonra 2023-cü ilin martında Anaklia Sea Port MMC dövlət şirkəti yaradılıb.
Hökumət ölkənin tranzit potensialını artırmaq və 2016-cı ildə Şərqlə Qərbi birləşdirməli olan Yeni İpək Yolu layihəsinə qoşulmaq üçün Anakliyada dərin su limanının tikintisi barədə qərar qəbul edib.
Qeyd edək ki, hazırda Gürcüstanda iki liman - Batumi və Poti limanları fəaliyyət göstərir.
Bu gün əsas yük axını Potidən keçir. Lakin bu liman da 1,5 min konteynerdən çox tutumu olan gəmiləri qəbul edə bilmir.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























