Azər-Türk Bank 2023-cü ilin 9 ayını xalis mənfəətlə başa vurub
Dövlət bankı Azər Türk Bankın 01 oktyabr 2023-cü il tarixinə aktivləri 863,3 milyon manat səviyyəsində olmuşdur.
Bankın yaydığı məlumatda bildirilir ki, Bankın kredit portfelinin həcmi 435 milyon manat təşkil etmişdir.
2023-cü ilin doqquz ayı ərzində Bankın gəlirləri 67,6 milyon manat, xərcləri 57,1 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 10 milyon manatdan çox xalis mənfəət əldə etmişdir ki, bu da ötənilki göstəricidən dəfələrlə çoxdur.
Bankın məcmu kapitalının həcmi 75,3 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 782,5 milyon manat səviyyəsindədir. Bankın depozit portfeli 420,8 milyon manat təşkil etmişdir.
Əhali tərəfindən Banka 202 milyon manat məbləğində əmanət qoyulmuşdur. Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,4%, kapitalın gəlirlilik əmsalı (ROE) 16,7% təşkil etmişdir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb























