Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb
Azərbaycana xarici aviaşirkətlərin gəlməməsinin səbəbi açıqlanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov bildirib ki, ümumiyyətlə, regiondakı hava limanlarının, o cümlədən istər Qəbələ, istərsə də Zəngilan hava limanlarının inkişafı ilə bağlı işlər aparılır.
“Biz bir-bir bütün böyük aviaşirkətlərə dəvətlər göndəririk. Biz gözləmirik ki, hansısa şirkət Azərbaycana gəlsin, özümüz birbaşa onlarla uçuşlar aparmaları ilə bağlı şərait yaradılması üçün danışıqlara başlayırıq. Onlarda niyə marağın olmamasına gəlincə, bu, ilk növbədə turist axını ilə bağlıdır. Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxır. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır.
Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir. Bu gün biz xarici aviaşirkətləri, o cümlədən loukosterləri Azərbaycana dəvət edirik ki, Azərbaycan vətəndaşları üçün ən azından həm qiymət, xidmət səviyyəsi baxımından müxtəlif seçimlər olsun”, – nazir müavini vurğulayıb.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















