“20 kiloqram nardan 3 litr məhsul alırıq”
Min bir dərdin dərmanı, meyvələrin şahı olan nardan bir çox məhsullar hazırlanır. Onlardan biri də narşərabıdır. Bu məhsul sənaye üsulu ilə istehsal edilsə də, alıcılar daha çox ev şəraitində hazırlanan narşərabına üstünlük verirlər. Əlbəttə, ev şəraitində hazırlanmış narşərab rənginə və dadına görə seçilir.
Göyçayın Çərəkə kənd sakini 74 yaşlı Xədicə Məcidova həyətində becərdiyi nardan hazırladığı narşərabla ailəsinə qazanc gətirir. Deyir ki, narşərabın hazırlanması uzun olduğu kimi, bir qədər də çətin prosesdir, bu işin öhdəsindən gəlmək elə də asan deyil. Amma buna baxmayaraq, onun satışından yaxşı qazanc əldə etmək mümkündür. Əgər bir ailə günə 6 litr narşərab hazırlasa, bu, 30 manat pul deməkdir.
Xədicə nənə narşərabın hazırlanması qaydasından danışarkən bildirir ki, ilk növbədə, ağacdan dərilən nar dənələnməli, təmiz su ilə yuyulub bişirilməsi üçün hazır vəziyyətə gətirilməlidir. Çox vaxt kəndlərdə narşərab ocaq üzərində bişirilir, çünki belə daha dadlı olur. Nar dənələri təmiz yuyulduqdan sonra süzülməlidir ki, sulu olmasın. Od üzərində olan qaba tökülən nar dənələri, təxminən 15-20 dəqiqə qaynadılır. Vaxtaşırı qarışdırılaraq dənələr əzilir. Bu zaman qarışdırmaq üçün taxta qaşıqdan istifadə edilməsi məsləhətdir.
Ocaq üzərindən götürülən bişmiş nar dənələri süzgəcdən keçirilməklə tumları çıxardılır. Əldə edilən narın şirəsi yenidən təmiz qaba süzülür. 20-25 dəqiqə ərzində vam odda qaynadılan şirəyə duz tökülür. Bundan sonra tam bişən məhsul ocaqdan götürülərək soyudulur.
Növbəti mərhələdə qablara yığılan narşərab satış üçün, eləcə də yağlı yeməklərdə istifadə üçün hazır olur. Uzun müddət istifadəyə yararlı olması üçün işıq düşməyən və sərin yerdə saxlanılmalıdır. Adətən 20 kiloqram nardan 12-13 kiloqram nar giləsi, həmin dənələrdən isə 3 litr narşərab almaq mümkündür.
Xədicə nənənin sözlərinə görə, bəzən məhsulu satmaq üçün bazara çıxarmağa ehtiyac qalmır. Bir çox alıcı narşərabı evlərdən alaraq paytaxt bazarlarına daşıyır. Amma bəzi sakinlər hazırladıqları məhsulları bölgə bazarlarına aparmaqla bir qədər də baha sata bilir.
İndi yerli bazarda narşərabın bir litrinin 5 manata satıldığını deyən Xədicə nənə, qış aylarında bu rəqəmin 10 manata qədər qalxdığını söyləyir.
Xatırladaq ki, Göyçayın Qarabaqqal, Ləkçıplaq, Yekəxana, Yalman və bir çox kəndlərində hazırlanan narşərablar, əsasən bölgə və paytaxt bazarlarına çıxarılır.
© Azərtac
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
























