Azərbaycan iqtisadiyyatına müsbət qiymət - ucuz neft dövrünə adaptasiya olur
"Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımını 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə reytinq agentliyinin yaydığı məlumatda deyilir.
S&P-nin proqnozuna əsasən, bu il Azərbaycanda ÜDM-in nominal həcmi 1% azalaraq 40 mlrd. dollar təşkil edəcək.
"Bu il Azərbaycan iqtisadiyyatı ucuz neft dövrünə adaptasiyanı davam etdirib. Bizim proqnozlarımıza əsasən, ölkədə iqtisadi geriləmə 2017-ci ildə də davam edəcək. 2016-cı ildə Azərbaycanda ÜDM 3% azaldığı halda, bu il azalma 1% təşkil edəcək. Manatın devalvasiyası və dövlət xərclərinin azalması iqtisadiyyata neqativ təsir edib", - deyə açıqlamada qeyd edilib.
Agentliyin mütəxəssisləri əlavə edib ki, 2018-ci ildə Azərbaycanda iqtisadiyyatı artımı bərpa edəcək. Belə ki, mütəxəssislərin proqnozuna əsasən, gələn il ÜDM 2% (nominal həcm 44 mlrd. dollar), 2019-cu ildə 3,5% (47 mlrd. dollar), 2020-ci ildə 3,5% (48 mlrd. dollar) artacaq.
"Proqnozların bu səviyyədə olması "Şahdəniz-2" qaz yatağından nəqlin başlanmasına əsaslanır. Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması iqtisadiyyata inamın artması və inflyasiyanın səngiməsi fonunda istehsalın artmasına səbəb olacaq", - deyə açıqlamada qeyd edilib.
S&P hesab edir ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 5,5%, 2018-ci ildə 3,5%, 2019-cu ildə 2,5%, 2020-ci ildə isə 2,5% artacaq.
Mütəxəssislərin proqnozuna əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 9%-dək geriləyəcək. 2016-cı ildə ölkədə illik inflyasiya 12,4% səviyyəsində olub. Bununla yanaşı, 2018-2020-ci illərdə inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. Belə ki, mütəxəssislər 2018-ci ildə illik inflyasiyanın 7%, 2019-2020-ci illərdə isə 5% təşkil edəcəyini proqnozlaşdırır.
Agentliyin proqnozunda deyilir ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq. Belə ki, 2017-ci ildə müsbət saldo ÜDM-in 12,3%-nə, 2018-ci ildə 12,7%-nə, 2019-cu ildə 14,3%-nə, 2020-ci ildə 14,8%-nə bərabər olacaq.
S&P hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan defisit ÜDM-in 3,2%-ni təşkil edəcək. Buna baxmayaraq, gələn il dövlət büdcəsinin profisitlə icra olunacağı gözlənilir və profisit ÜDM-in 1%-nə bərabər olacaq. 2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq profisit ÜDM-in 2,5%-ni təşkil edəcək.
© APA
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 57 d. əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Ən çox oxunanlar
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

























